|
Avropa Birliyi Ermənistana dəstəyini artırıb və bu, son deyil.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının rəhbərinin Ermənistan üzrə nümayəndəsi Pyotr Svitalski deyib. Onun sözlərinə görə, 2018-2020-ci illərdə Ermənistanın maliyyələşməsinə 140-160 milyon avro ayrılıb:
“Bu əvvəlki üçillik proqramdan 25% çoxdur. Bizdən tez-tez soruşurlar ki, Avropa Birliyi Ermənistana nə qədər pul verməyə hazırdır? Əslində söhbət puldan yox, erməni tərəfinin verdiyi layihələrdən asılıdır”.