|
Vladimir Putin və Donald Tramp arasında danışıqlar gözlənildiyindən də yaxşı keçdi.
Axar.az xəbər verir ki, bu fikri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiya və ABŞ prezidentləri arasında danışıqların yekunları ilə bağlı söyləyib.
Danışıqların necə keçməsi barədə jurnalistlərin sualına Sergey Lavrov “İndi sizə hamısını danışacaqlar”, - deyə cavab verib.
Jurnalistlər təkid edəndə isə Sergey Lavrov bir neçə il əvvəl Minsk danışıqlarında dediyi kimi, “Gözlənildiyindən də yaxşı keçdi” cavabını verib.