|
Çox uğurlu və faydalı oldu.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla keçirilən görüş barədə bildirib.
"Soyuq müharibə uzun müddət öncə sona çatdı. Dünyadakı vəziyyət ciddi şəkildə dəyişdi. İkitərəfli münasibətlərdəki çətinliklər üçün obyektiv əsas yoxdur. Tramp ilə Rusiya və Amerika ticarətinin ən mühüm şəxslərini bir araya gətirmək məsələsində həmfikir olduq", - Putin qeyd edib.