|
Ermənistan baş nazirinin səlahiyyət dairəsi mütləq müzakirə edilməlidir.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri vəzifəsinə namizəd Ararat Mirzoyan yeni parlamentin iclasında çıxışı zamanı deyib.
“Mənim Addımım Bloku dövlət idarəçilik sistemindən narazılığını ilk dəfə deyil ki, dilə gətirir. Xüsusilə, baş nazirin əlində ölkə üzərində total nəzarətlə bağlı səlahiyyətlər toplanıb. Aydındır ki, belə sistemi yaradan insanlar onu öz maraqları üçün istifadə etməyə çalışıblar. Belə şeylər indi baş verməyəcək. Bunun üçün təkcə vicdan yox, həm də qaydalar lazımdır”, – deyə o bildirib.
O, xüsusilə polisin hökumətin tərkibinə qaytarılması, polisin təkcə baş nazir yox, həm də parlament qarşısında hesabat verilməsi gərəkdiyini deyib.