|
Tramp administrasiyası Türkiyə və suriyalı kürdlər arasında konret mövqe nümayiş etdirməmək üçün “buferzona” fikrini ortaya atdı.
Axar.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi yazar Musa Özuğurlu Türkiyə-ABŞ arasında baş verən son prosesləri dəyərləndirərkən deyib. O bildirib ki, bu durum Türkiyəni Suriya və Rusiya ilə qarşı-qarşıya gətirəcək:
“ABŞ Suriyadakı müttəfiqlər və Türkiyə arasında balans yaratmaq siyasətini əsas götürüb. Dolayısıyla hazırda Türkiyə və ABŞ-ın ortaq məxrəcə gələcəyi nöqtə buferzona məsələsidir”.
Özuğurlu onu da əlavə edib ki, digər tərəfdən də bu buferzona Türkiyə əleyhinə çevrilə bilər: “Türkiyə öz “silahı” ilə vurula bilər”.