|
ABŞ Prezidenti Donald Tramp Venesuelanın müxalifət lideri Xuan Quaidonu prezident kimi tanımağı dəyərləndirir.
Axar.az xəbər verir ki, bu barədə CNN İspaniya məlumat yayıb.
Ağ Ev isə məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, ötən həftə Venesuela Prezidenti Nikolas Maduro andiçmə mərasimindən sonra 2025-ci ilə qədər davam edəcək ikinci prezidentlik vəzifəsinə başlayıb.