|
Ötən gün axşam cənab prezidentimiz Trampla geniş söhbət etdi.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın deyib.
"Tvitterdəki o açıqlamadan sonra lazımi cavabları verdik. Liderlər danışdı, məsələ yoluna qoyuldu. Nəticədə Tramp da Tvitterdəki paylaşımında Türkiyə ilə əlaqələr barədə müsbət tvit atdı. Bu məsələni geridə qoyduğumuzu düşünürük. Təbii ki, fikir ayrılıqları ola bilər. ABŞ-ın PYD/YPG ilə bağlı mövqeyini qəbul etmirik. Özləri də bunu görəcək, bəlkə bir qədər gec başa düşdülər", - Qalın söyləyib.