|
Rusiya sərhədləri yaxınlığında NATO-nun hərbi aktivliyinə reaksiya verəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, ABŞ öz iradəsini beynəlxalq ictimaiyyətə güc yolu ilə sırımağa çalışır:
“Dünyadakı situasiya çətin olaraq qalır. Keçən il konflikt potensialı artıb. Buna əsas səbəb ABŞ-ın rəhbərlik etdiyi bir sıra Qərb ölkələrinin formalaşan çoxqütblü dünya reallığını qəbul etməməsidir”.