|
ABŞ-ın İŞİD-lə mübarizə üzrə koalisiyasının keçmiş sözçüsü Bred Makqarkın Türkiyənin Suriya məsələsində etibarlı partnyor olmaması barədə fikirləri PKK terror təşkilatının təbliğatından ibarətdir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Qalın deyib.
O bildirib ki, Bred Makqark PKK-nın təbliğatını aparır.
Qeyd edək ki, ABŞ-ın İŞİD-lə mübarizə üzrə koalisiyasının keçmiş sözçüsü Bred Makqark “Vaşinqton Post”a yazdığı məqaləsində ABŞ-ın dəstəyi olmadan Türkiyənin Suriyada hərəkət etmək qabiliyyətinə malik olmadığını qeyd edib.