|
Türkiyə Müdafiə naziri Hulusi Akar Hatay vilayətində Afrin qəhrəmanları ilə görüş zamanı ölkə başçısı Rəcəb Tayyib Ərdoğana zəng edib.
Axar.az xəbər verir ki, Ərdoğan hərbçilərə müraciətində bu gün Afrində törədilən terakta işarə edərək, düşmənlərə qarşı daha da qətiyyətli olacaqlarını deyib:
"Onlar bizi Afrindəki yolumuzdan çəkindirə bilməyəcəklər. Afrində, Cerablusda, Əl Babdakı mübarizəmiz davam edəcək".
Qeyd edək ki, bu gün Afrində valilik binasında törədilən partlayış nəticəsində 4 nəfər həlak olub, 11 nəfər yaralanıb.