|
Ukrayna Prezidenti Pyotr Poroşenko qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.
“Ölkəyə, müasir, keçmiş və gələcək nəsillərə qarşı dərin məsuliyyət hissi məni təkrar namizəd olmağa sövq etdi”, - Poroşenko bildirib.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.