|
2019-cu ildə Rusiya ilə Ukrayna arasında gərginlik arta bilər, amma Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi inandırıcı görünmür.
Axar.az xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının rəhbəri Deniel Kouts Konqresdə çıxışı zamanı deyib. O, həmçinin Azov və Qara dəniz regionlarında da gərginliyin güclənə biləcəyini vurğulayıb.
Kouts həmçinin Rusiyanın Ukraynanın hərbi-siyasi və iqtisadi destabilizasiyasını davam etdirəcəyini, Kiyevin AB və NATO-ya inteqrasiyasına qarşı çıxacağını bildirib.