|
NATO-nun 29 üzvü Makedoniyanın təşkilata üzvlüyü ilə bağlı protokola imza atıb.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib. O, protokolun tez bir zamanda bütün üzvlər tərəfindən ratifikasiya olunacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, bundan öncə Yunanıstan və Makedoniya Skopyenin NATO-ya üzvlüyü ilə əlaqədar ölkənin adının dəyişdirilməsiylə bağlı müqavilə imzalayıblar. Müqaviləyə əsasən, ölkənin adı Şimali Makedoniya adlandırılacaq.