Böyük Britaniya hökuməti fövqəladə hallara hazırlıq məqsədilə əhaliyə evdə üç günə kifayət edəcək ərzaq və içməli su ehtiyatı saxlamağı tövsiyə edib.

Hökumətin oktyabrın 22-də elan etdiyi “Hazır ol” (“Be Ready”) kampaniyası çərçivəsində vətəndaşlara elektrik enerjisi, su, telefon və internet xidmətlərində yarana biləcək fasilələrə hazır olmaq çağırışı edilib.

Tövsiyələrə uzun müddət saxlanıla bilən ərzaqların və qablaşdırılmış suyun ehtiyatını yaratmaq daxildir. Həmçinin əlavə dəstəyə ehtiyacı olan şəxslərin müvafiq xidmətlər reyestrində qeydiyyatdan keçməsi məsləhət görülüb.

Hökumət bildirib ki, güclü fırtınalar və meşə yanğınları gündəlik xidmətlərin fəaliyyətində fasilələrə səbəb ola bilər. Əhalinin əvvəlcədən hazırlıq görməsi fövqəladə xidmətlərin yükünü azaldaraq onların daha çox yardıma ehtiyacı olan insanlara diqqət yetirməsinə imkan verəcək.

Qeyd edək ki, üçgünlük ehtiyat saxlamaq tövsiyəsi Fransada, İrlandiyada və Niderlandda da tətbiq olunur./Lent.az

 
24 Oktyabr 2026 Zelenskidən sensasion açıqlama: “Hazırıq! Yoxsa bizi yeyib qurtaracaqlar”
23 Oktyabr 2026 Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
23 Oktyabr 2026 Zelenski müsahibə zamanı ağladı
23 Oktyabr 2026 Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
22 Oktyabr 2026 Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22 Oktyabr 2026 İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22 Oktyabr 2026 İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22 Oktyabr 2026 Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22 Oktyabr 2026 Diplomatlarını bu ölkədən çıxarırlar
22 Oktyabr 2026 “ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
22 Oktyabr 2026 İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
22 Oktyabr 2026 Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
22 Oktyabr 2026 "Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
22 Oktyabr 2026 Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21 Oktyabr 2026 44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21 Oktyabr 2026 Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21 Oktyabr 2026 ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21 Oktyabr 2026 Netanyahu oktyabrın 10-da İrana HÜCUM ƏMRİ VERİBMİŞ - Son anda NƏ BAŞ VERİB?
21 Oktyabr 2026 Rusiya Ukrayna şəhərlərini YENİDƏN BOMBALADI: Kiyev, Zaporojye və Xarkovda ölən və yaralananlar var
21 Oktyabr 2026 Ebola bu ölkəyə də sıçradı

Xəbər lenti