Zelenskidən sensasion açıqlama: “Hazırıq! Yoxsa bizi yeyib qurtaracaqlar”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin mövcud cəbhə xətti boyunca dondurulmasına və sülh sazişinin dərhal imzalanmasına hazır olduğunu bəyan edib. Lakin o, bunun üçün Ukraynanın əlavə ərazilərdən imtina etməyəcəyini vurğulayıb.

Zelenski bu barədə ABC News-a müsahibəsində danışıb.

“Biz bu müharibəni ən qısa zamanda dayandırmağa hazırıq”, – deyə Ukrayna lideri bildirib.
Zelenski Rusiyanın Ukrayna ərazisinin 25 faizinə nəzarət etməsi şərti ilə razılaşmanın mümkünlüyü barədə suala cavabında Moskvanın hazırda ölkə ərazisinin 19,3 faizinə nəzarət etdiyini söyləyib.

“Onlar ərazimizin 25 faizini işğal etməyiblər. Bu rəqəmdən danışmaq bizim Donbasdan könüllü çəkilməyimiz deməkdir. Biz buna razı ola bilmərik”, – deyə prezident vurğulayıb.
Ukrayna lideri işğal altındakı ərazilərin Rusiyaya məxsusluğunun hüquqi baxımdan tanınmasını da qətiyyətlə rədd edib. "Əlbəttə ki, biz buna razı olmayacağıq. Müvəqqəti işğal olunmuş ərazinin Rusiyaya məxsus olması ilə bağlı təkliflər eşitmişəm", - deyə o əlavə edib.

Zelenski ölkəsinin hazırkı şəraitdə zəif rəhbərliyə dözə bilməyəcəyini də bildirib:
“Ukrayna sağ qalmaq istəyirsə, güclü orduya, güclü prezidentə və güclü xalqa ehtiyacı var. Mənə edilən istənilən təzyiqə cavab verəcəyəm. Əks halda, bizi yeyib qurtaracaqlar”.

23 Oktyabr 2026 Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
23 Oktyabr 2026 Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
23 Oktyabr 2026 Zelenski müsahibə zamanı ağladı
23 Oktyabr 2026 Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
22 Oktyabr 2026 Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22 Oktyabr 2026 İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22 Oktyabr 2026 İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22 Oktyabr 2026 Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22 Oktyabr 2026 Diplomatlarını bu ölkədən çıxarırlar
22 Oktyabr 2026 “ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
22 Oktyabr 2026 İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
22 Oktyabr 2026 Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
22 Oktyabr 2026 "Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
22 Oktyabr 2026 Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21 Oktyabr 2026 44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21 Oktyabr 2026 Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21 Oktyabr 2026 ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21 Oktyabr 2026 Netanyahu oktyabrın 10-da İrana HÜCUM ƏMRİ VERİBMİŞ - Son anda NƏ BAŞ VERİB?
21 Oktyabr 2026 Rusiya Ukrayna şəhərlərini YENİDƏN BOMBALADI: Kiyev, Zaporojye və Xarkovda ölən və yaralananlar var
21 Oktyabr 2026 Ebola bu ölkəyə də sıçradı

Xəbər lenti