Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Səhhətində yaranan problemlərə görə komaya düşən Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin son durumu açıqlanıb.

Ölkə.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 1972-ci il təvəllüdlü şəxs (kişi) oktyabrın 18-də saat 13:40 radələrində Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hazırda onun müalicəsi davam etdirilir.

“Vəziyyəti kritik ağır qiymətləndirilir”, - TƏBİB-dən qeyd olunub. 

Yaxınları Ölkə.az-a bildirib ki, Milli Qəhrəman mədə xəstəliyindən əziyyət çəkir. Ötən gün onun mədəsində qan axma olub. Bu səbəbdən vəziyyəti daha da ağırlaşıb.

Qeyd edək ki, Ehtiram Əliyev 1972-ci ildə Ucar rayonunda anadan olub. Bakı Maşınqayırma Texikumunu və "Təfəkkür” Universitetini bitirib.

1992-ci ilin iyunundan 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. Cəbhənin Ağdam, Naxçıvan istiqamətlərində döyüşüb. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücaətə görə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

E.Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. Daha sonra Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rəis müavini vəzifəsində çalışıb.

Ailəlidir. Bir qızı, iki oğlu var.

24 Oktyabr 2026 AzTV üçün yeni bina tikiləcək
22 Oktyabr 2026 Vüsal Aslanov özünə 2 yeni müşavir təyin etdi
22 Oktyabr 2026 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
22 Oktyabr 2026 Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
22 Oktyabr 2026 Məktəblilərə şad xəbər: 7 gün...
21 Oktyabr 2026 Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21 Oktyabr 2026 Bu şəxslərə pulsuz torpaq veriləcək
21 Oktyabr 2026 Keçmiş deputatlar indi nə iş görürlər?
21 Oktyabr 2026 Nazirlik pensiyalarla bağlı yeni QƏRAR QƏBUL ETDİ
21 Oktyabr 2026 Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
21 Oktyabr 2026 Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
21 Oktyabr 2026 Xəzərin suyunu içəcəyiksə,su tarifləri ucuzlaşacaq, yoxsa bahalaşacaq?
20 Oktyabr 2026 Üzərində bu sözlər olan qidaları heç vaxt almayın
20 Oktyabr 2026 Leyla Əliyeva Berdiməhəmmədov və Mirziyoyevin qızları ilə görüşdü - Fotolar
20 Oktyabr 2026 Yeni prokuror tanınmış hakimin oğludur
20 Oktyabr 2026 Oktyabrın pensiya ödənişləri yekunlaşdı
20 Oktyabr 2026 Süni intellekt və kibertəhlükəsizliklə bağlı qrant müsabiqəsi elan edilir
20 Oktyabr 2026 Sonradan əldə edilən barışıq cəzaya necə təsir edir?
20 Oktyabr 2026 Uşaq meydançasında təhlükəli çökmə - VİDEO
20 Oktyabr 2026 Məktəblərə repetitorluğa son qoyacaq yeni sistem gəlir

Xəbər lenti