Rusiya bazarında Azərbaycan möhürü - Moskva buna sərvət xərcləyir

Rusiya Azərbaycanın meyvə və tərəvəz məhsullarının ən böyük idxalçısına çevrilib.

2026-cı ilin ilk 8 ayında Azərbaycanın meyvə-tərəvəz ixracının ümumi dəyərinin 83,1 faizi Rusiyanın payına düşüb.

Rusiya Azərbaycandan ən çox pomidor, şaftalı və çiyələk alıb.

Hesabat dövründə Rusiyaya 160,8 milyon dollar dəyərində 134,5 min ton pomidor ixrac edilib.

İkinci yerdə 85,2 milyon dollar dəyərində 61 min ton şaftalı qərarlaşıb.

Üçüncü yerdə isə 81,5 milyon dollar dəyərində 55,3 min ton çiyələk yer alıb.

Maraqlıdır ki, Rusiya 2026-cı ilin may-iyun aylarında Ermənistandan meyvə-tərəvəz idxalına ciddi məhdudiyyətlər tətbiq edib.

Mayın 30-dan Ermənistan pomidoru, xiyarı, bibəri, göyərtisi və çiyələyinin Rusiyaya gətirilməsi qadağan olunub. İyunun 2-dən isə şaftalı, ərik, gilas, albalı, gavalı, nektarin və üzüm də qadağa siyahısına daxil edilib. Rusiya tərəfi qərarları fitosanitar tələblərin pozulması ilə əsaslandırıb.

Bu məhdudiyyətlər Azərbaycan məhsullarının Rusiya bazarında satış imkanlarını genişləndirə bilər. Rusiya İstehsalçı və Təchizatçılar Assosiasiyasının nümayəndəsi Dmitri Leonov da Azərbaycanı Ermənistan məhsullarını əvəz edə biləcək əsas pomidor tədarükçülərindən biri kimi göstərib.

23 Oktyabr 2026 Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
23 Oktyabr 2026 Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
23 Oktyabr 2026 “Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
16 Oktyabr 2026 Rəqəmsal İpək Yolu layihəsində mühüm mərhələ - Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı olub
16 Oktyabr 2026 Azərbaycan nefti 124 dolları keçdi: büdcəyə nə qədər qazanc gələcək?
15 Oktyabr 2026 Avro bahalaşdı, rubl ucuzlaşdı - MƏZƏNNƏ
12 Oktyabr 2026 İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır?
09 Oktyabr 2026 Azərbaycanda maaş artdı
09 Oktyabr 2026 Büdcədə 4 milyard manata yaxın artıqlıq yarandı
09 Oktyabr 2026 Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb
08 Oktyabr 2026 Neftimiz 5 dollara yaxın bahalaşdı
08 Oktyabr 2026 Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı
07 Oktyabr 2026 Bu kəndin əkin sahələrinə su çəkiləcək - 9 milyon ayrıldı
07 Oktyabr 2026 Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb
06 Oktyabr 2026 Bu evlərə maraq azaldı - Ucuzlaşma olacaq
06 Oktyabr 2026 Dünya bazarında qızıl ucuzlaşdı
05 Oktyabr 2026 Azərbaycanda qiymət artımı açıqlaması: bu risklər var
03 Oktyabr 2026 Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
01 Oktyabr 2026 Azərbaycan-Qazaxıstan Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlandı
01 Oktyabr 2026 “Spotify” və “TikTok” Azərbaycana vergi ödəyəcək

Xəbər lenti