Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Bakıda evlərin tikintisi və təmiri ilə məşğul olan “Azea Group” MMC-nin dələduzluq ittihamı ilə saxlanılan rəhbəri Elsevər Əliyev ev dustaqlığına buraxılıb.

Yol-xeber.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsi onun xəstəliyini nəzərə alaraq, ev dustaqlığına buraxılmasına dair qərar çıxarıb.

Qeyd edək ki, E.Əliyev bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi müvafiq tədbirlərlə o saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 162-1.1, 177.2.3 və 178.4-cü maddələri ilə ittiham elan edilib.

Elsevər Əliyevlə yanaşı onun həyat yoldaşı da külli miqdarda dələduzluqda ittiham edilir. Onların vətəndaşdan bağ evi tikintisi üçün 889 min manat pul aldığı, vəsaitin yarıdan çoxunu ələ keçirdikləri bildirilir.

Qeyd edək ki, daha əvvəl E.Əliyev barəsində araşdırma aparılıb. Sonra Bakı Şəhər Prokurorluğu işin materiallarının DİN-in Su Nəqliyyatında Polis İdarəsində araşdırılması barədə qərar verib.

Xatırladaq ki, polisə tikinti və təmir işlərinin görülməsi adı altında vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub. Araşdırmalar zamanı tikinti şirkətlərindən birinin rəhbəri Elsevər Əliyevin fərdi yaşayış evi təmiri üçün bir vətəndaşdan 888 min 731 manat aldığı, lakin nəzərdə tutulan işləri tam yerinə yetirmədiyi müəyyən edilib. Ekspert rəyinə əsasən müəyyən edilib ki, həmin ünvanda görülmüş tikinti işlərinin ümumi dəyəri 317 min 160 manat təşkil edib. Qalan vəsait isə həmin şəxs tərəfindən ələ keçirilib.

Bundan başqa, şirkət rəhbərinin digər zərərçəkəndən də tikinti və təmir məqsədilə hissə-hissə 450 min manat aldığı, lakin işləri yarımçıq saxladığı barədə müraciət də araşdırılıb. Həmin vətəndaş zərərçəkmiş şəxs qismində istintaq orqanında tanınaraq müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan E.Əliyev istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib. Polisin keçirdiyi tədbirlərlə E.Əliyev tutularaq istintaqa təqdim olunub.

24 Oktyabr 2026 Zaqatalada evləri talayan şəxs tutuldu - Foto
24 Oktyabr 2026 Bakıda kütləvi dava - İştirakçılardan biri deputatın oğludur
23 Oktyabr 2026 Oğurluq edən qayınata və kürəkəni həbs edildilər
23 Oktyabr 2026 Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
23 Oktyabr 2026 Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
23 Oktyabr 2026 Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
22 Oktyabr 2026 25 il əvvəl törədilən qətlin üstü açıldı - BİRGƏ MƏLUMAT
22 Oktyabr 2026 Xocalıdan silah tapıb, Abşerona gəldi, anasını güllələdi
22 Oktyabr 2026 Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22 Oktyabr 2026 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
22 Oktyabr 2026 Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
22 Oktyabr 2026 Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
22 Oktyabr 2026 Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
21 Oktyabr 2026 Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI
21 Oktyabr 2026 Xalq artistinin kürəkəni həbs olundu - Yarım milyonlu dələduzluq
21 Oktyabr 2026 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - TƏFƏRRÜAT
21 Oktyabr 2026 Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
21 Oktyabr 2026 Bakının mərkəzində restoranda yanğın - VİDEO
20 Oktyabr 2026 Sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı - Foto
20 Oktyabr 2026 Azərbaycanlı reper azadlıqda - 5 il bu ölkəyə daxil ola bilməyəcək

Xəbər lenti