Yol-xeber.az" xəbər verir ki,  ADY rəhbərliyi və veteran dəmiryolçular 13 oktyabr - Dəmir yolu işçilərinin peşə bayramı və Azərbaycan dəmir yollarının yaranmasının 144 illiyi münasibətilə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Dəmir yollarının inkişafına misilsiz töhfələr vermiş Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyulub, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi yad edilib.

Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub

Yol-xeber.az" xəbər verir ki,  Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüşüb söhbət etdik, ömürlərinin böyük hissəsini ölkəmizin dəmiryol sənayesinin inkişafına həsr etdiklərinə, bu sahəyə verdikləri əvəzsiz töhfələrə görə onları daim minnətdarlıqla, ehtiramla xatırladığımızı bildirdik.
Veteran dəmiryolçularımız öz təcrübələrini bölüşüb peşə fəaliyyətində qarşılaşdıqları yaddaqalan hadisələrdən danışdılar, bu əlamətdar gündə göstərilən diqqətə görə təşəkkürlərini çatdırdılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 9-da və 10-da Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.

Yol-xeber.az" xəbər verir ki,  Nazir əvvəlcə Gəncə şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Goranboy, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlarından qəbula gələn 323 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Gəncədə yerləşən hərbi hissəsinə gedib, orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib. 

Polis əməkdaşlarının və hərbi qulluqçuların xüsusi-taktiki təlimlərini izləyən nazir onların peşə və döyüş hazırlığını yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.

Sonda general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Vətən müharibəsinin 41 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 248 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

_Y7A3281

_Y7A3846

_Y7A3836

_Y7A3827

_Y7A3806

_Y7A3849

_Y7A3952

_Y7A3887

Yol-xeber.az" xəbər verir ki,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb. 

Saleh Məmmədov Orxan Aslanovun Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibəti ilə onu təbrik edib, idmançımıza yüksək nailiyyətlər və yeni uğurlar arzulayıb.  

Azərbaycan dövlətinin başçısıMilli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idman sahəsinə və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycanın gündən-günə öz uğurlarını artıraraq idman ölkəsi kimi öz adını güclü dövlətlər sırasına yazdırdığını vurğulayan Saleh Məmmədov, idmanın  Azərbaycanda prioritet sahələrdən biri olduğunu, idmançılarımızın beynəlxalq yarışlarda böyük nailiyyətlər qazandığını bildirib. 

Orxan Aslanov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, gələcək yarışlarda da yeni qələbələr qazanmaq, Azərbaycan bayrağını ucalarda dalğalandırmaq üçün bütün gücü ilə çalışacağını bildirib. 

Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında T13 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanan Orxan Aslanov 7,29 metr nəticə ilə çempion olub. Bu Orxanın paralimpiya oyunlarında 2-ci qızıl medalıdır. Belə ki, idmançımız Tokio-2020 Yay Paralimpiya Oyunlarında da qızıl medal qazanıb. 

Qeyd edək ki, Orxanın atası Əlövsət Aslanov Agentliyin “18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin baş mexaniki vəzifəsində çalışır.

Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
 
Yol-xeber.az" xəbər verir ki,  Bu gün Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilmiş müzakirələrdə iştirak etdim, ADY-nin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində gördüyü işlərdən danışdım. 
Dəmir yollarında bərpaolunan enerji mənbələrindən istifadə və müasir texnologiyaların tətbiqi nəticəsində əldə etdiyimiz nailiyyətləri, xüsusilə ötən il ərzində karbon emissiyalarını 9 faiz azaltdığımızı və 2050-ci ilə qədər bu rəqəmi 40 faizə çatdırmaq niyyətində olduğumuzu qeyd etdim. 
Eyni zamanda, beynəlxalq əməkdaşlıqlar vasitəsilə karbon emissiyalarını azaltmaq hədəfimizə sadiq qaldığımızı, Orta Dəhlizi inkişaf etdirərək daha qısa müddətdə daha sürətli yük əməliyyatları ilə ətraf mühiti qoruduğumuzu və yaratmaq niyyətində olduğumuz Avrasiya Nəqliyyat Marşrutu Beynəlxalq Assosiyasiası ilə bu öhdəliyimizi gücləndirəcəyimizi bildirdim.
 
Bu gün Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilmiş müzakirələrdə iştirak etdim, ADY-nin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində gördüyü işlərdən danışdım.
Dəmir yollarında bərpaolunan enerji mənbələrindən istifadə və müasir texnologiyaların tətbiqi nəticəsində əldə etdiyimiz nailiyyətləri, xüsusilə ötən il ərzində karbon emissiyalarını 9 faiz azaltdığımızı və 2050-ci ilə qədər bu rəqəmi 40 faizə çatdırmaq niyyətində olduğumuzu qeyd etdim.
Eyni zamanda, beynəlxalq əməkdaşlıqlar vasitəsilə karbon emissiyalarını azaltmaq hədəfimizə sadiq qaldığımızı, Orta Dəhlizi inkişaf etdirərək daha qısa müddətdə daha sürətli yük əməliyyatları ilə ətraf mühiti qoruduğumuzu və yaratmaq niyyətində olduğumuz Avrasiya Nəqliyyat Marşrutu Beynəlxalq Assosiyasiası ilə bu öhdəliyimizi gücləndirəcəyimizi bildirdim.
 
+2
 
Bütün reaksiyalar:
162162
 
Anım Günü ilə əlaqədar sentyabrın 27-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin digər rəhbər şəxsləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Yol-xeber.az" xəbər verir ki, Agentliyin rəhbərliyi və əməkdaşları parkın girişindəki xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 Sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.

 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO

ADY ailəsi olaraq Zəfər parkında olduq, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etdik.
Yol-xeber.az" xəbər verir ki,  Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayırıq!
ADY ailəsi olaraq Zəfər parkında oldular
ADY ailəsi olaraq Zəfər parkında oldular
ADY ailəsi olaraq Zəfər parkında oldular
ADY ailəsi olaraq Zəfər parkında oldular
ADY ailəsi olaraq Zəfər parkında oldular

Almaniyanın paytaxtı Berlində təşkil edilən “InnoTrans” beynəlxalq sərgisinin ikinci günündə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə, Rumıniya, Litva və Polşa dəmiryol administrasiyalarının, eləcə də Almaniyanın “DB Cargo”, İsveçrənin “Stadler Rail” və Yaponiyanın “Hitachi” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.

Yol-xeber.az" xəbər verir ki, Görüşlərin əsas mövzusu son dövrdə Orta Dəhlizlə tranzit daşımaların artım dinamikası, müştərilərə təqdim olunan rəqəmsal həllər, modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin Şərq-Qərb dəhlizi üzrə yükdaşımalara gətirdiyi əlavə dəyər və xidmətlər olub.

Həmçinin 19-20 sentyabr tarixlərində Bakıda məşvərət toplantısı keçirilmiş Avrasiya Nəqliyyat Marşrutu üzrə Beynəlxalq Assosiasiyanın yaradılmasının əhəmiyyəti və bu marşrutun Orta Dəhlizlə yükdaşıma istiqamətlərinin şaxələndirilməsində mühüm rolu müzakirə olunub.

ADY rəhbərliyi sözügedən şirkətlərin “InnoTrans” sərgisindəki pavilyonlarına da baş çəkib, dəmir yolu sahəsində tətbiq olunan ən son texnologiyalarla tanış olub.

Qeyd edək ki, ADY 24-27 sentyabr tarixlərində Berlində keçirilən “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur.

İki ildən bir təşkil olunan, 100 mindən çox iştirakçısı olan “InnoTrans” tədbiri ictimai nəqliyyat, o cümlədən dəmiryol nəqliyyatı vasitələri və texnikalarının nümayiş etdirildiyi ən iri beynəlxalq sərgilərdən biridir.

“InnoTrans 2024”ün əsas mövzuları nəqliyyat sektorunda rəqəmsallaşma, dayanıqlı inkişaf və süni intellektə əsaslanan rəqəmsal həllərdir. Budəfəki sərgidə 59 ölkədən 2940 şirkət, eləcə də 32 beynəlxalq təşkilat təmsil olunur.

ADY nümayəndə heyətinin sərgidə iştirakda məqsədi dünyanın qabaqcıl nəqliyyat şirkətlərinin ən son innovativ məhsulları, rəqəmsal həllərlə tanış olmaq və xarici dəmiryol administrasiyalarının nümayəndələri ilə müzakirələr aparmaqdır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti 24-27 sentyabr tarixlərində Berlində keçirilən “InnoTrans” beynəlxalq sərgisində iştirak edir.

Yol-xeber.az" xəbər verir ki,  İki ildən bir təşkil olunan, 100 mindən çox iştirakçısı olan “InnoTrans” tədbiri ictimai nəqliyyat, o cümlədən dəmiryol nəqliyyatı vasitələri və texnikalarının nümayiş etdirildiyi ən iri beynəlxalq sərgilərdən biridir.

“InnoTrans 2024”ün əsas mövzuları nəqliyyat sektorunda rəqəmsallaşma, dayanıqlı inkişaf və süni intellektə əsaslanan rəqəmsal həllərdir. Budəfəki sərgidə 59 ölkədən 2940 şirkət, eləcə də 32 beynəlxalq təşkilat təmsil olunur.

ADY nümayəndə heyətinin sərgidə iştirakda məqsədi dünyanın qabaqcıl nəqliyyat şirkətlərinin ən son innovativ məhsulları, rəqəmsal həllərlə tanış olmaq və xarici dəmiryol administrasiyalarının nümayəndələri ilə müzakirələr aparmaqdır.

Sərginin ilk günü ADY rəhbərliyi BƏƏ-nin aparıcı “Etihad Rail” dəmiryol şirkətinin və Ukrayna Dəmir Yollarının nümayəndə heyəti ilə görüşlər keçirib.

Görüşlərdə əməkdaşlığın inkişaf perspektivləri, yükdaşıma, o cümlədən tranzit daşımaları istiqamətində səmərəli fikir mübadiləsi aparılıb, beynəlxalq dəhlizlər üzrə marşrutların şaxələndirilməsi məqsədilə ADY-nin son dövrdə atdığı addımlar diqqətə çatdırılıb. Xüsusilə ADY-nin Orta Dəhliz üzrə əməliyyatların rəqəmsallaşdırılması ilə bağlı həyata keçirdiyi layihələr qarşı tərəfdə böyük maraq doğurub.

Yol-xeber.az" xəbər verir ki,  Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Şirvan şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı  İlqar Abbasov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
 
Daha sonra Şirvan şəhəri Gənclər Evində keçirilən qəbulda Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin müraciət və şikayətləri dinlənilib.
 
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
 
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
 
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti