Yol-xeber.az" xəbər verir ki,  Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Şabran  rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Şabran  Rayon İcra Hakimiyyətinin başçısı  Asif Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
 
Daha sonra Şabran rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
 
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
 
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
 
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


YOLUNUZ AÇIQ OLSUN...

 

 Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
Şabran və Xaçmaz rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO


İyulun 15-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının baş direktorun müavini Sun Suyudenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Yol-xeber.az” xəbər verir ki, görüşdə son aylarda Orta Dəhliz üzrə yükdaşımaların artırılması məqsədilə hər iki ölkənin dəmir yolları, həmçinin liman və logistika şirkətləri arasında keçirilən intensiv görüşlərin əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, iyulun 3-də Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan və Çin arasında imzalanmış "Birgə Bəyannamə" ilə beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi və tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması baxımından əməkdaşlıq daha da gücləndiriləcək.

Çin tərəfi Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış "Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaq niyyətini bildirib.

Eyni zamanda Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması, o cümlədən daha çox konteyner qatarının cəlb olunması üçün Azərbaycan üzrə dəmiryol nəqliyyatı ilə tranzit daşımalara subsidiyaların ayrılması, elecə də Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş istifadə olunması müzakirə olunub.

Görüşdə, həmçinin Orta Dəhlizlə keçən yüklərin çatdırılma müddətinin səmərəliliyinin və operativliyinin artırılması üçün blok qatarların tərkibində olan yüklər haqqında qısa deklarasiyanın təqdim edilməsi və gömrük nəzarəti zamanı yük sənədlərinin formalaşdırılma vaxtının sürətləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

 


 


Yol-xeber.az" xəbər verir ki,  İyulun 12-də Daxili İşlər Nazirliyində 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. 
İclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısında cinayətkarlıqla mübarizədə müsbət nəticələrin əldə edildiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə asayişin və təhlükəsizliyin etibarlı təmin olunduğunu, eyni zamanda qarşıda mühüm vəzifələrin durduğunu və onların ətraflı müzakirəsinin, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün əlavə təşkilati tədbirlərin müəyyən edilib həyata keçirilməsinin vacibliyini nəzərə çatdırıb.  
İclasın gündəliyinə uyğun olaraq hesabat məruzəsi və məruzəətrafı çıxışlar dinlənilib. 
Qeyd olunub ki, ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 18518 cinayət qeydə alınıb, onların 94,5 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub. 2023-cü ilin analoji dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 21,7, mülkiyyət əleyhinə olanlar 11,4, oğurluqlar 38,9, quldurluqlar 10,3, soyğunçuluqlar 41,3, yetkinlik yaşına çatmayanların cinayətləri 27,4, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 3,9 faiz azalıb. 
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 90,7 faizi, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 246, görülmüş operativ cavab tədbirləri ilə 2314 cinayət açılıb, 4407 hüquqazidd əməlin qarşısı alınıb, axtarışda olan təqsirləndirilən şəxslərin 79 faizi tutulub, 5053 ədəd müxtəlif növ atıcı silah yığılıb və tapılıb. 
Mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 356, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 119 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 179 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılıb və 296 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib. 
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində mühüm vəzifələrin icrasının davamlı nəzarətdə olduğu, bu baxımdan mediada qabaqcadan məlumat verilməklə 2764 şəxsin qəbul edildiyi və qaldırılan məsələlərin əksəriyyətinin öz qanuni həllini tapdığı vurğulanıb. 
Kollegiya iclasına yekun vuran nazir general-polkovnik V.Eyvazov cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində əldə olunmuş müsbət nəticələrin hesabat dövründə inkişaf etdirildiyini qeyd edib, eyni zamanda profilaktik tədbirlərin, kadr hazırlığı işinin, təhsil və təlim prosesinin təkmilləşdirilməsinin zəruriliyinə diqqət çəkərək müvafiq tapşırıqlar verib.
Vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu vurğulayaraq cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, müraciətlərə baxılması və qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. 
Narkotiklərlə mübarizənin vəziyyətinə də toxunaraq son illər müvafiq sahədə əldə olunmuş müsbət nəticələrdə vətəndaşların fəal rolunu və mövqeyini yüksək qiymətləndirib, habelə polis-vətəndaş münasibətlərinin effektivliyinin, özünü, daha çox mütəşəkkil qrup və dəstələr tərəfindən törədilən cinayətlərin azalmasında, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılmasının artım tempində göstərməsindən, xüsusən vətəndaşların günbəgün artan köməkliklərindən məmnunluq ifadə edib. 
İnsan haqlarının müdafiəsinə xidmət edən və cəmiyyətə fayda gətirən bu münasibətdən daha böyük gözləntilərin olduğunu vurğulayan nazir davamlı dəstəyə görə hər bir vətəndaşa təşəkkürünü bildirib, eləcə də qarşılıqlı əlaqələrin cəmiyyətdə sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması naminə inkişaf etdirilməsi üzrə polisin konkret vəzifələrini müəyyən edib. 
Həmçinin, yeniyetmə və gənclərin hüquqazidd hərəkətlərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin müsbət nəticələr verdiyini və onların hüquqazidd əməllərinin dinamikasında nəzərəçarpan azalmanın qeydə alındığını bildirərək dövlətin gələcəyi  olan gənclərin bəzi sosial şəbəkə seqmentlərində yayımlanan zərərli informasiyaların təsiri altına düşməməsi, sağlamlığa ziyanlı vərdişlərdən çəkindirilməsi istiqamətində aparılan işlərin səmərəsinin artırılmasını tələb edib. 
Ölkədə aparılan antinarkotik təbliğatın gücləndirilməsini, əməliyyat-xidməti fəaliyyətin narkotiklərə olan tələbatın azaldılması məqsədi üzərində qurulmasını, respublikanın təhsil müəssisələrində həyata keçirilən maarifləndirmə və təbliğat tədbirlərində iştirak edən dövlət qurumlarının mütəxəssislərinin, yüksək ixtisaslı pedaqoqların, ictimaiyyətin tanınmış nümayəndələrinin tərkibinin genişləndirilməsini, məktəblərdən, valideynlərdən gələn hər bir aidiyyəti siqnala çevik reaksiya verilməsini tapşırıb. 
Çıxışında gənclərin Polis Akademiyasında təhsilə təşviq edilməsi sahəsində son bir neçə ildə tətbiq olunan yenilikləri, xüsusən Elm və Təhsil Nazirliyi ilə birgə yaradılmış işçi qrupun fəaliyyətini dəyərləndirən nazir dövlət səviyyəsində keçirilən imtahanlarda yüksək nəticələr göstərən, polis peşəsini sevən və fiziki hazırlıqlı abituriyentlərin hər tədris dövründə artdığını, bu işin müasir polis əməkdaşının hazırlanmasında əhəmiyyətli rolunu təqdir edib, müvafiq tədbirlərin sistemli və əlaqəli davam etdirilməsi üçün Nazirliyin aidiyyəti qurumlarına lazımi göstərişlər verib. 
Prokurorluq orqanları ilə sıx qarşılıqlı əlaqəda həyata keçirilən tədbirlərin də önəmli nəticələr verdiyini, vətəndaşların qanuni mənafelərinin qorunmasına və qanunçuluğun möhkəmlənməsinə xidmət etdiyini, o cümlədən cinayətlərin, onların ağır və xüsusilə ağır növlərinin azaldığını, açılması və istintaqı sahəsində əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu vurğulayıb. 
Eyni zamanda, əvvəllər məhkum olunmuş şəxslər və qrup halında törədilən cinayətlərin azalmasına diqqət çəkərək bu sahədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə birgə görülən işlərin səmərəli nəticələrini yüksək qiymətləndirib. 
Yekunda general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqətə, fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada ictimai asayişin mühafizəsi, vətəndaşların qanuni mənafelərinin və hüquq qaydasının qorunması sahəsində vəzifələr tam və layiqincə yerinə yetiriləcəkdir.

1Y7A5726+
Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümüdür.

“Bu münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib.

Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı da ziyarət olunub.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında nazir general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə “Polis Günü”nə və 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub. Sonra peşə bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 106 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı dəyərli ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsində sahəsində görülən mühüm işlərdən danışıb.

Daxili işlər orqanlarının fəaliyyətində yeni bir mərhələ təşkil edən son 21 ilin inkişaf və təkmilləşmə baxımından xüsusilə əhəmiyyətli bir dövr olduğuna diqqət çəkən nazir Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar çərçivəsində, həmçinin xüsusi diqqət və qayğısı sayəsində – Daxili İşlər Nazirliyində güclü və müasir maddi-texniki baza yaradıldığını, zamanın çağırışlarından irəli gələn struktur dəyişiklikləri aparıldığını, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması sahəsində sistemli tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilən polis orqanlarının hər bir şəxsin qanuni mənafeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təmin etdiyini qeyd edib.

Nazir xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyini, cinayətlərin açılmasının yüksək səviyyədə saxlanılmasının, hüquqpozmaların profilaktikasının daha da yaxşılaşdırılmasının, orqan və hissələrin mürəkkəb şəraitdə xidmət aparmaq bacarıqlarının artırılmasının, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərin həyata keçirilməsinin başlıca vəzifələr olduğunu şəxsi heyətə çatdırıb.

Qeyd olunub ki, 2003-2023-cü illərdə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 35 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 25 tona yaxın narkotik vasitə çıxarılıb.

Vətəndaşların ərizə və şikayətlərinin obyektiv və həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin səmərəli icrasının vacibliyinə toxunan nazir, həmçinin cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini də vurğulayıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsindən sonra regionda yeni reallıqların yarandığını deyən V.Eyvazov işğaldan azad edilmiş ərazilərdə “Böyük qayıdış”ın gerçəkləşməsi üçün polis orqanlarının, o cümlədən Daxili Qoşunların fəaliyyətinin mövcud vəziyyətə uyğunlaşdırıldığını, asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyini, xidmətin böyük əzm və peşəkarlıqla davam etdirildiyini bildirib.

Nazir xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinə təşəkkürünü bildirib.

Qazanılan uğurlarda Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini Vətənə, dövlətə, xalqa sevgi və xidmət ruhunda yetişdirən Polis Akademiyasının rolunu xüsusi qeyd edən V.Eyvazov məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini baş leytenant rütbəsi ilə bitirmiş məzunlara fərqlənmə diplomlarını təqdim edib.

General-polkovnik Vilayət Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.

Təntənəli tədbir şəxsi heyətin mətin addımlarla tribuna qarşısından keçidi ilə yekunlaşıb.




Vilayət Eyvazov vətəndaşlara təşəkkür etdi - Video
Vilayət Eyvazov vətəndaşlara təşəkkür etdi - Video
Vilayət Eyvazov vətəndaşlara təşəkkür etdi - Video
Vilayət Eyvazov vətəndaşlara təşəkkür etdi - Video
Vilayət Eyvazov vətəndaşlara təşəkkür etdi - Video
Vilayət Eyvazov vətəndaşlara təşəkkür etdi - Video
Vilayət Eyvazov vətəndaşlara təşəkkür etdi - Video
Vilayət Eyvazov vətəndaşlara təşəkkür etdi - Video
Vilayət Eyvazov vətəndaşlara təşəkkür etdi - Video
Vilayət Eyvazov vətəndaşlara təşəkkür etdi - Video


Yol-xeber.az" xəbər verir ki,   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 2 iyul - Azərbaycan Polisi Günü münasibəti ilə agentliyin inzibati binasının mühafizə xidmətini həyata keçirən Mühafizə Polisinin polis nəfərlərini qəbul edib.

Qəbul zamanı İdarə Heyətinin sədri Saleh Məmmədov polis nəfərlərinin hər birini Polis Günü münasibətilə təbrik edib, onların simasında daxili işlər orqanlarında çalışan bütün əməkdaşlara fədəkar, şərəfli və əzmli işlərində uğurlar arzu edib. 

Yol-xeber.az" xəbər verir ki,  Özbəkistanda səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu ölkənin Dəmir Yollarının sədri Zufar Narzullayev və Tacikistan Dəmir Yolllarının sədri Komil Mirzoali ilə həm ayrı-ayrılıqda, həm də üçtərəfli formatda görüş keçirib. 
 
Görüşdə dəmir yolu sahəsində sıx əməkdaşlıq, eyni zamanda Orta Asiya – Avropa – Orta Asiya və Çin – Avropa – Çin istiqamətləri üzrə yük dövriyyəsinin artırılması  imkanları və bu imkanların dünya bazarında tanıdılmasının vacibliyi geniş müzakirə olunub. 
 
Görüş zamanı dəmir yolu qurumlarının rəhbərləri Orta Dəhliz üzrə yükdaşımaların daha da artırılması və yeni yüklərin cəlb olunması məqsədilə rəqabətədavamlı və rəqəmsal xidmətlərin göstərilməsi üçün hazırda üzərində işlənilən layihələri müzakirə ediblər. 

Görüşün sonunda tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
  
Bundan əlavə, ADY nümayəndə heyəti işgüzar səfər çərçivəsində yerli logistika şirkətləri ilə təşkil olunmuş "Dəyirmi masa"da iştirak ediblər.



Yol-xeber.az" xəbər verir ki,  Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qax rayonunda vətəndaşları qəbul edib.
 
Qəbuldan əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
 
Daha sonra Qax rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. 
 
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
 
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
 
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

YOLUNUZ AÇIQ OLSUN..

Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçirilib   VİDEO/FOTO
Yol-xeber.az" xəbər verir ki,  İyunun 21-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda  2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. 
Tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
 
Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov məzunların buraxılış mərasiminin Hərbi İnstitutun həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıraraq təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib. 
 
Sonra çıxış edən Hərbi İnstitutun rektoru general-mayor Elçin Məmmədov daxili işlər naziri V.Eyvazovu əmin edib ki, İnstitutun kollektivi təlim-tədris prosesinin daha da təkmilləşdirilməsi, müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadr hazırlığının həyata keçirilməsi ilə bağlı tələblərin, əmr və göstərişlərin tam və yüksək səviyyədə yerinə yetirilməsi üçün daim əzmlə çalışacaq, bilik və bacarıqlarını əsirgəməyəcəkdir.
 
Gənc zabitlər önündə çıxış edən nazir Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Qoşunların döyüş hazırlığının yüksəldilməsi Ali Baş Komandan tərəfindən hər zaman  nəzarətdə saxlanılıb, müasir silah və texnika ilə təminat, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edilib. 

Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 may 2024-cü il tarixli fərmanı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu adlandırıldığını da məmnunluqla qeyd edib. 
Ölkəmizdə aparılan quruculuq işlərinin və islahatların Daxili Qoşunların hərbi hissələri ilə bərabər Hərbi İnstitutun da inkişafına təkan verdiyi vurğulanıb. 
Daxili işlər naziri Qoşunların peşəkar kadr özəyinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının rolunu xüsusi qeyd edib, şəxsi heyətin yüksək döyüş hazırlığına görə minnətdarlığını bildirib.

General-polkovnik V.Eyvazov Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının ön cəbhədə qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Hərbi İnstitutun məzunlarının da olmasını bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşmasında əzmkar fəaliyyətin əyani təsdiqi kimi vurğulayıb. 
Məzunların həyatında yeni bir dövrün başladığını nəzərə çatdıran daxili işlər naziri gənc zabitləri, onların valideynlərini və yaxınlarını Hərbi İnstitutu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, Daxili Qoşunlar üçün peşəkar kadrlar hazırlayan bu ali təhsil ocağının rəhbərliyinə, zabit-müəllim heyətinə təşəkkürünü bildirib, fəaliyyətlərində uğurlar arzulayıb. 
Nazir V.Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət edəcək, qarşıya qoyulmuş tapşırıqların layiqincə yerinə yetirilməsi üçün var qüvvəsi ilə çalışacaqdır.
 
Tədbirin sonunda  daxili işlər naziri Hərbi İnstitutu fərqlənmə və "baş leytenant" xüsusi rütbəsi ilə bitirmiş məzunlara diplomları təqdim edib. 
Sonda gənc zabitlər təntənəli marşla tribunanın qarşısından keçiblər. 
 
aafc4fc8-d880-47fc-a4b0-83d2c3dd01c9
 
3786a58d-9288-47cc-88f6-038e9e31a883
 
323b82eb-f18e-495c-a3f5-acc8cd1e7f2f
 
7ee828fe-d589-4ee3-884e-63ce6d5721c8
 
f4735580-0d14-47d6-9671-1746810f8830
 
d24aed54-dbc6-40cb-9284-4a2bbe44f135
 
df94c98d-b5cc-4397-bde1-c569bd73a11a
 
37ee4ef2-f10c-4290-840d-66f82ea5f374
 
87e2b7f1-9f6f-4ec6-aa31-3577abc13668
 
7b043ce1-bb4e-479b-b9c1-ea758628cc43
 
ba80c42d-9fa8-4d84-8a52-38fecfc29ce6
 
d8db9bf6-105a-4e00-88ab-b25e47e9f25c


Yol-xeber.az" xəbər verir ki,   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində cari ilin müvafiq dövründə görülən işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan hesabat iclası keçirilib.

Agentliyin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.

Saleh Məmmədov Azərbaycanın müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi sahədə əldə etdiyi bütün nailiyyətlərin təməlində heç şübhəsiz Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun olaraq qətiyyətlə və ardıcıllıqla gerçəkləşdirilən mükəmməl strategiya və uğurlu xarici və daxili siyasətin dayandığını qeyd edib.

İdarə Heyətinin sədri prezident İlham Əliyevin birbaşa tapşırıq və sərəncamları əsasında respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirildiyini və bir sıra nailiyyətlər əldə edildiyini qeyd edib.

44 günlük Vətən müharibəsində qazandığımız qələbənin Azərbaycanda yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri, hədəfləri də yenilədiyini, milli prioritetə çevrilən azad olunmuş torpaqlarımızın bərpası çərçivəsində icra olunan infrastruktur layihələrinin mühüm qisminin Qarabağ və Şərqi Zəngəzurda avtomobil yollarının bərpasını əhatə etdiyini və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin də bu işdə ilk gündən dövlət başçısının qarşıya qoyduğu vəzifələri vaxtında və keyfiyyətlə icra etmək üçün əzmlə çalışdığını qeyd edən Saleh Məmmədov bildirib ki, cənab Prezidentimiz İlham Əliyevin şəxsi nəzarəti ilə həyata keçirilən bu yol infrastrukturu quruculuğu işləri modern səviyyədə reallaşır. 

İclasda çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov ölkə başçısının müvafiq Sərəncamı əsasında yol infrastrukturuna xidmət göstərilməsi və infrastrukturun möhkəmləndirilməsi üçün yeni alınan maşın-mexanizmlər, həmçinin istismarda olan yol texnikaları üçün alınmış ehtiyat hissələri barədə məlumat verib. Qeyd edilib ki, yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan bu texnikalar respublika ərazisində yol layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə cəlb olunub. Ehtiyac yarandıqca da yeni texnikaların alınması istiqamətində işlər davam etdiriləcək.

Daha sonra çıxış üçün söz Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi Kamran Əzizova verilib. Kamran əzizov “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulduğunu, bu layihələrdən 7-nin tikintisinin artıq başa çatdığını, proqrama əsasən digər avtomobil yolları layihələrinin 2026-cı ilədək başa çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib.

Ölkə başçısının rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 19-da lokal antiterror tədbirləri nəticəsində azad olunmuş ərazilərdə 7 avtomobil yolları üzrə tikinti işlərinə artıq start verildiyini qeyd edən Kamran Əzizov bildirib ki, ölkə başçısının müvafiq Sərəncamlarına uyğun olaraq işğaldan azad olunmuş şəhər ərazilərində yerləşən küçə və yolların layihələndirilməsi və yenidən qurulması işlərinə başlanılıb. 

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən cari ilin beş ayı ərzində ümumilikdə 70,5 min nəfər əhalinin yaşadığı 68 yaşayış məntəqəsini birləşdirən 263,1 km uzunluğa malik 10 kəndlərarası avtomobil yolu layihəsinin icrası davam etdirilib. Bununla yanaşı paytaxt Bakı ərazisində də vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin nəqliyyat sıxlığının azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən tikinti və təmir işləri davam etdirilib. 

Sonda ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov tədbirlərin operativ icrasını təmin etmək üçün lazımi addımlar barədə müvafiq tapşırıq və tövsiyələrini verib.

YOLUNUZ AÇIQ OLSUN...

Görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib VİDEO/FOTO
Görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib VİDEO/FOTO
Görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib VİDEO/FOTO
Görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib VİDEO/FOTO
Görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib VİDEO/FOTO
Görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib VİDEO/FOTO
Görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib VİDEO/FOTO
Görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib VİDEO/FOTO


Yol-xeber.az" xəbər verir ki,   3-4 iyun 2024-cü il tarixlərində Avstriyanın Vyana şəhərində səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Avstriya Federal Dəmir Yolları şirkətinin İdarə Heyətinin sədri Andreas Matthe, bu ölkənin “Rail Cargo” və digər qabacıl nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşüb. 
 
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və Orta Dəhliz çərçivəsində Çinlə Avropa arasında yükdaşımaların səmərəli təşkilində və geriyə yüklərin formalaşdırılmasında birgə əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb, həmçinin Qara Dəniz limanlarından Avropanın müxtəlif ölkələrinə daşımaların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. 
 
Eyni zamanda Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması məqsədilə modernləşdirilmiş və bu yaxınlarda yükdaşımalara start verilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin geniş imkanları haqqında məlumat verilib.   
 
Avstriya şirkətlərinin rəhbərləri Orta Dəhliz, o cümlədən BTQ-nin imkanlarından istifadəyə böyük maraq göstərdiklərini bildiriblər.

.

Xəbər lenti