|
Yol-xeber.az" xəbər verir ki, 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əmədaşlarının mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbirdən öncə Agentliyin kollektivi Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Agentliyin akt zalında keçirilən tədbiri giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov açıb.
İdarə Heyətinin sədri Saleh Məmmədov Agentliyin kollektivini 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə təbrik edərək, çətin və məsuliyyətli işlərində onlara uğurlar arzu edib.
Saleh Məmmədov Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın keçdiyi tərəqqi yolundan bəhs edib, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verildiyini bildirib.
Tədbirin sonunda Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov və agentliyin bir qrup əməkdaşına fəxr diplomlar təqdim olunub.
Bununla yanaşı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müavini Əvəz Qocayev tərəfindən 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı ilə əlaqədar avtomobil yolları infrastrukturunun inkişafındakı xidmətlərinə görə agentliyin bəzi əməkdaşları fəxri fərmanla təltif edilib.
Yol-xeber.az" xəbər verir ki, 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etdilər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar olaraq dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ,Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi, “Azərenerji” ASC, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Fövqəladə Hallar Nazirliyinin Rabitə İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azəristiliktəhcizat” ASC, ”Azərsu” ASC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, eləcə də “Bakı Telefon Rabitə”, “Azeurotel”, “Aztelekom”, “Delta” Telekom, “ULTEL” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev qonaqları salamlayaraq bildirib ki, Beynəlxalq birliyin belə qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörmətin, möhkəm dəstəyin sübutudur.
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi etməsi respublikamızın dünyada artan nüfuzunun, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizə olan marağının ifadəsidir. Bununla yanaşı dünyanın bir çox yerlərində qlobal miqyasda böyük maraq doğuran COP29-un Bakıda keçirilməsi yeni iqtisadi layihələrə meydan açacaq və daha geniş miqyasda iqtisadi layihələrin gerçəkləşdirilməsi potensialının gücləndirilməsinə şərait yaradacaq.
Toplantıda sözügedən tədbirlərin Bakı şəhərində keçirilməsi ilə əlaqədar bir sıra küçə və prospektlərdə əsaslı təmir-bərpa işlərinin görülməsi ilə əlaqədar iclasda iştirak edən qurumlara məxsus yeraltı və yerüstü mühəndis kommunikasiya xətlərinin yerlərinin təyin edilməsi, təmiri və yerlərinin dəyişdirilməsi istiqamətində kordinasiyalı birgə işlərin aparılması, bu çərçivədə Kommunikasiyaların xəritəsinin müəyyən edilməsi və AAYDA-nə təqdim edilməsi, qrafiklərin təyin olunması (zaman və küçələr ilə bağlı tədbirlər planı), Ümumi tədbirlər planının hazırlanması məsələləri müzakirə olunub.
Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Salyan rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Salyan rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Salyan və Neftçala rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə Şuşa, Xocalı, Ağdərə və Ağdam rayonlarında olub.
Qış fəsli və çətin relyefli ərazilər olmasına baxmayaraq dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası fasilə verilmədən davam etdirilir. Bunun üçün ərazilərə kifayət qədər texnika və canlı qüvvə səfərbər olunub.
Səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yenidən qurulan və ümumi uzunluğu 41 km olan Şuşa-Laçın avtomobil yoluna baxış keçirib.
Hazırda Şuşa-Laçın avtomobil yolunda köhnə asfalt-beton örtüyün sökülməsi, yararsız qruntun qazılaraq kənarlaşdırılması, əvəzinə yararlı qruntun tökülməsi ilə torpaq işləri icra olunur. Avtomobil yolu II texniki dərəcəyə uyğun yenidən qurulur.
Daha sonra İdarə Heyətinin sədri Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 35.5 km uzunluğa malik Ağdərə-Ağdam, həmçinin Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən və uzunluğu 18 km olan avtomobil yollarında aparılan tikinti işlərinin yerinə yetirilməsi ilə tanış olub.
Qeyd edək ki, hər iki avtomobil yolu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə II texniki dərəcəyə uyğun müasir səviyyədə yenidən qurulacaq.
Layihələrin icra vəziyyəti ilə yerindəcə tanış olan Agentliyin İdarə Heyətinin sədrinə məlumat verildi ki, yollar boyu köhnə örtüyün söküntüsü, yararsız qruntun qazılaraq kənarlaşdırılması işləri tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə icra olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sadalanan avtomobil yollarına baxış zamanı yol infrastrukturu layihələrinin “İnşaat Norma və Qaydaları”na uyğun vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Xatırladaq ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz tərəfindən 2023-cü ilin sentyabr ayının 19 və 20-də keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin bütün ərazisində suverenliyimizin bərpa edilməsi ilə sözügedən avtomobil yollarının yenidən qurulmasına başlanıldı.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2023-cü il ərzindəki fəaliyyətinin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclası keçirilib.
Agentliyin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.
Saleh Məmmədov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli inkişaf strategiyası onun layiqli davamçısı olan dövlət başçısı cənab İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqi, xalqın rifahının yüksəldilməsi, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla inamla həyata keçirilməkdədir.
Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmağa müvəffəq olub.
Ümumilikdə isə 2003-2023-cü illər ərzində ölkədə 6 782,6 km Respublika əhəmiyyətli, 11 418,7 km Yerli əhəmiyyətli, 2 454,4 km Bakı şəhər yolları və 47,9 km Sumqayıt şəhər yolları olmaqla 20 703,6 km uzunluğunda yeni yol tikilmiş, yenidən qurulmuş və təmir edilmişdir.
Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün tam bərpa olunduğu 2023-cü ilin ölkəmizin tarixində bütün sahələrdə nailiyyətlər ili kimi qalacağı və bu tarixi qələbə ilə böyük hərflərlə yeni bir tarix yazan Azərbaycanın 30 ildən çox bir müddət ərzində işğalda qalan Ağdərə, Sərsəng su anbarı, Xocalı, Əsgəran, Xankəndi, Xocavənd, Şuşanın Malıbəyli kəndi, Kərkicahan qəsəbəsi və bu ərazilərdəki avtomobil yollarının işğaldan azad edildiyini qeyd edən Saleh Məmmədov bildirilib ki, Prezidentin Sərəncamları ilə 2023-cü ildə Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər (uzunluğu 80 km), Ağdərə–Ağdam (35,5 km), Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən yol (18 km) və Şuşa-Laçın (41 km) avtomobil yollarının yenidən qurulmasına da artıq başlanılıb.
2024-cü ildə isə, bu bölgədə Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 km), Tərtər-Ağdərə (24,2 km) və Füzuli- Xocavənd-Ağdam (55,7 km) avtomobil yollarının yenidən qurulmasına start veriləcəyi planlaşdırılır.
Saleh Məmmədov qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanda yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri, hədəfləri də yeniləyib. Milli prioritetə çevrilən azad olunmuş torpaqlarımızın bərpası çərçivəsində icra olunan infrastruktur layihələrinin mühüm qismi Qarabağ və Şərqi Zəngəzurda avtomobil yollarının bərpasını əhatə edir və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də bu işdə ilk gündən dövlət başçısının qarşıya qoyduğu vəzifələri vaxtında və keyfiyyətlə icra etmək üçün əzmlə çalışır.
Bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2 229 km təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub ki, cənab Prezidentimiz İlham Əliyevin şəxsi nəzarəti ilə həyata keçirilən bu yol infrastrukturu quruculuğu işləri modern səviyyədə reallaşır.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası 2023-cü ildə də uğurla davam etirilib. Bu çərçivədə ötən il ərzində tikintisi aparılan uzunluğu 66,4 km təşkil edən 39 avtomobil tunelindən, uzunluğu 47,9 km təşkil edən 18 ədədində qazma işləri başa çatdırılmışdır (72,1%).
Həmçinin hesabat dövrü ərzində ümumi uzunluğu 55,8 km olan Laçın şəhərinin küçə və yolları da asfalt-beton örtük tikilməklə bərpa olunub.
Vurğulanıb ki, Prezident İlham Əliyev 2023-cü il may ayının 5-də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən uzunluğu 12 km olan Füzuli-Hadrut avtomobil yolunun, 2023-cü il dekabr ayının 24-də Ağdama səfəri zamanı isə uzunluğu 44,5 km təşkil edən birinci dərəcəli Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib.
Ümumilikdə isə Prezident cənab İlham Əliyev və 1-ci Vitse Prezident Mehriban xanım Əliyeva 2023-cü il ərzində 15 dəfə avtomobil yollarının, yol qurğularının açılışı, təməlqoyma və işlərin gedişi ilə tanışlıq mərasimlərində iştirak etmiş, öz dəyərli tövsiyə və tapşırıqlarını vermişdirlər.
Ölkəmizdə avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin artdığını bildirən Saleh Məmmədov qeyd edib ki, ümumilikdə 2023-cü il ərzində 881,7 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.
İclasda həmçinin ölkə başçısı tərəfindən verilən tapşırıqların icrası ilə bağlı həyata keçirilən tədbirlər, cari ildə işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərdən, qazanılan uğurlardan, nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması istiqamətində aparılan tədbirlərdən, ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında cari ildə də idarəetmənin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərdən danışılaraq 2024-cü il üçün iş planı təsdiq olunub.
Kollegiyada Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı və ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub, Saleh Məmmədov tədbirlərin operativ icrasını təmin etmək üçün lazımi addımlar barədə müvafiq tapşırıq və tövsiyələrini verib.
Kollegiya iclasına yekun vuran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov ötən il səmərəli fəaliyyəti ilə fərqlənən işçilərə fəxri fərmanlar təqdim edib.
Sonda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2023-cü il ərzində həyata keçirilmiş layihələr barədə hesabat filmi nümayiş olunub. (FİLMƏ KEÇİD)
Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov İmişli rayonunda vətəndaşları qəbul edib.
İmişli rayonu “6 №-li Magistral Yolların İstismarı” MMC-nin inzibati binasında keçirilən qəbulda İmişli, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.
YOLUNUZ AÇIQ OLSUN...