|
Ötən həftə Bakı şəhərində təyin olunmayan yerlərdən yolu keçən 219 piyada aşkarlanıb.
Bu barədə “Trend”ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, Bakıda yeraltı və yerüstü piyada keçidləri ətrafında yol polisi tərəfindən nəzarət gücləndirilib.
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınıb.
bu gün saat 08:00-dan etibarən Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə, o cümlədən saat 09:00-da Bakının “Təzəpir” məscidində bayram namazı qılınıb.
Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib.
Təzəpir məscidində qılınan bayram namazında iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Qeyd edək ki, avqustun 22-23-də Azərbaycanda Qurban bayramı qeyd olunur.
“Dəmiryolservis” MMC Dəmir Yolunun aparıcı qüvvəsidir
Dəmir yolunu son iki əsrdə ölkələrin qan damarları adlandırıblar. Bu qiymət heç də əbəs yerə verilməyib. Çünki relslər çəkilən bölgəyə özü ilə inkişaf və rifah gətirir.
Fəaliyyəti XIX əsr sonlarından başlayan Azərbaycan Dəmir Yolunun ölkəmizin inkişaf tarixində mühüm rol oynadığı danılmazdır. Hələ avtomobil yük və sərnişindaşımaları ilk addımlarını atdığı dövrdə bu nəqliyyat növü aparıcı rol oynamış və bu rol Azərbaycan müstəqillik qazandığı dövrdən sonra daha da artmışdır.
Ölkəmizin beynəlxalq yük və sərnişindaşımalar qovşağına çevrilməsi istiqamətində ulu öndər Heydər Əliyevin rəhbərliyi altında bu məsələ dövlət strategiyası səviyyəsinə qaldırılmış, sonrakı dövrdə Prezident İlham Əliyev cənabları tərəfindən davam və inkişaf etdirilir.
Təbii ki, bu mühüm nəqliyyat vasitəsinin inkişafı birinci növbədə onun infrastrukturunun bərpa və yenilənməsi ilə bağlıdır.
Bu inkişafı isə hər bir vətəndaş belə görə bilər. Yaxşı yadımdadır, dəmir yolunda işləyən lokomativlər, vaqonlar və ümumilikdə yol infrastrukturunda gedən inkişaf. Kömürlə işləyən paravozu dizel, dəmir yolu elektrikləşdirildikdən sonra isə elektrovozlar, dəmir yolunda taxta şpalları isə yüksək keyfiyyətli beton şpallar əvəz etdi. Bütün bu inkişaf isə son 25 ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin baş direktoru, “Dəmiryolservis” MMC-nin rəisi, əməkdar mühəndis, Fəxri dəmiryolçu Əli-Əşrəf Orxan oğlu Lütfəlibəyovun rəhbərliyi, baş direktorun müavini Sahib Quliyevin və baş mühəndis Əfsələddin Gəncəliyevin yüksək təşkilatçılıq bacarığı və kollektivin yüksək əzmkarlıq nümayişi altında reallaşdırılır. Dəmir yolunun infrastrukturu çoxşaxəli olduğu üçün MMC-nin tərkibində müxtəlif struktur bölmələr fəaliyyət göstərir. “Dəmiryolservis”in qarşısında duran vəzifə “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə baş yolların, stansiya və dalan yollarının, o cümlədən digər dövlət və kommersiya təşkilatlarının balansında olan yolların əsaslı təmir-tikinti işlərini kompleks şəklində həyata keçirməkdir.
“Dəmiryolservis”in fəaliyyəti coğrafi baxımdan da genişdir. Bu coğrafiya Azərbaycan Respublikasının müxtəlif bölgələri ilə yanaşı, Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması çərçivəsində Gürcüstan Respublikasının Marabda-Karsaxt bölgəsini, Şimal-Cənub layihəsində isə İran İslam Respublikasında yeni dəmir yolunun çəkilməsi, dəmir yolu və Loqistik mərkəz tikilməsini özündə ehtiva edir.
Qeyd edək ki, işlərin reallaşmasında cənab Əli-Əşrəf Orxan oğlu Lütfəlibəyovun Ümummilli lider Heydər Əliyevin “Kadrlar hər şeyi həll edir” kəlamını rəhbər tutaraq kadrların düzgün seçilib-yerləşdirilməsi istiqamətində həyata keçirdiyi təşkilatçılıq mühüm rol oynamış və bunun da sayəsində qarşıya qoyulan planlar vaxtında, bəzən isə əvvəl reallaşdırılır.
“Dəmiryolservis” MMC-nin kollektivi yüksək işgüzarlıq tempini həmişə saxlayır. Bu baxımdan 2010-2017-ci illərdə görülən işlərə qısaca nəzər salmaq kifayətdir. Belə ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik baş yolların əsaslı təmiri (600 km), Gürcüstan Respublikası ərazisində (183 km), Bakı Sərnişin-Xırdalan-Sumqayıt sərnişin stansiyası istiqamətində (65 km), Şimal-Cənub layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara istiqamətində (26 km) və digər işlər reallaşdırılmışdır.
Görülən işlərlə yanaşı, kollektivi qarşıda daha məsuliyyətli vəzifələr gözləyir. “Dəmiryolservis” MMC baş podratçı qismində “Bakı sərnişin-Sabunçu-Pirşağı-Sumqayıt Sərnişin-Xırdalan-Biləcəri-Bakı sərnişin dairəvi dəmir yolunun yenidən qurulması layihəsini, o cümlədən Azərbaycan Respublikasının maliyyələşdirdiyi İran İslam Respublikasında çəkiləcək yeni dəmir yolunun tikintisində də iştirak edəcək.
Vurğulayaq ki, görülən işlərin əksəriyyəti kollektivdən təkcə əmək nizam-intizamı deyil, həmçinin bir çox hallarda qeyri-ənənəvi mühəndis yaradıcılığını ortaya qoymağı tələb edir və əməkdaşlar bu işin öhdəsindən də layiqincə gəlirlər.
Kollektivin fədakar əməyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir. “Azərbaycan Dəmir Yolları” QSC idarə heyətinin sədri, millət vəkili Cavid Qurbanovun təqdimatı ilə “Dəmiryolservis” MMC-nin əməkdaşları dəfələrlə yüksək dövlət mükafatları ilə təltif ediliblər.
Əminik ki, kollektiv gələcəkdə də dövlətimizin qarşıya qoyduğu vəzifələri layiqincə yeninə yetirəcək.
P.S. Redaksiyamızın əməkdaşları “Dəmiryolservis” MMC-nin kollektivini qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, onlara fəaliyyətlərində Tanrı dəstəyi arzulayır.
Tahir Günəşli
Cari ilin iyul ayında metrodan istifadə edənlərin sayı azalıb. Ötən ay metro xidmətlərindən 16.5 milyon nəfər sərnişin istifadə edib.
Bu da iyun ayı ilə müqayisədə 2.4 milyon nəfər azalma deməkdir.
Qeyd edək ki, ilin əvvəlindən avqust ayının 1-nə qədər metro xidmətlərindən 134,9 milyon nəfər istifadə edib. Sərnişinlərin sayındakı artım faizi də aşağı düşüb. Əgər iyun ayında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,3 faiz artmışdısa, iyulda bu rəqəm 1,4 faiz təşkil edib.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə (yanvar-iyul ayları) metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 6,1 faiz artaraq, 132,9 milyon nəfər olmuşdu. Bu da aylıq əsasda metro xidmətindən 17,2 milyon sərnişinin istifadə etməsi deməkdir.
Dəmirçi-Lahıc avtomobil yolunda aparılan yenidənqurma işlərinin tam olaraq yekunlaşdırılmaması ilə əlaqədar olaraq 19-31 avqust 2018-ci il tarixlərində sözügedən avtomobil yolu ilə hərəkət tam olaraq məhdudlaşdırılıb.
Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.
Qurum sürücülərdən sözügedən yolun bağlı olması ilə əlaqədar olaraq alternativ yollardan istifadə etmələrini xahiş edib.
Yaranacaq müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyib və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edib.
Prezident İlham Əliyev avqustun 18-də “Lerik rayonunun Piran–Hamarat–Vıjaker avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Köçəryanın reytinqi aşağıdır, ona görə də onun siyasətə qayıtmasının mənası yoxdur.
6 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sanqaçal-Çeyildağ avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən 11,6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Millət vəkili Qənirə Paşayeva Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş keçirib.
Azərbaycanda ərzaq məhsullarının keyfiyyətinin monitorinqi üçün mobil proqram işə salınıb.