Yol-xeber.az" xəbər verir ki, 26 aprel tarixində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü, “Rusiya Dəmir Yolları” ASC, Rusiya Nəqliyyat Universiteti və Azərbaycanın Rusiyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Kazan Dəmiryol Vağzalının “Çar Qülləsi” salonunda foto-sərgi təşkil olunub.

Sərgidən öncə Azərbaycan nümayəndə heyəti Yaroslavl Dəmiryol Vağzalında Baykal-Amur magistral xəttinin (BAM) iştirakçılarının xatirəsini əbədiləşdirən lövhəni ziyarət edib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiya nəqliyyat naziri Vitali Savelyev BAM-ın tikintisinə həsr olunmuş “Nəsillərin estafeti” adlı səyahət kuponunu imzalayıblar. Kupon Rusiya Nəqliyyat Universitetinin tələbə-gənclər dəstələrinin qərargahına və veteran BAM əməkdaşlarına təqdim olunub.

Foto-sərgidə Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə BAM-ın nəqliyyat kuratoru olaraq layihənin ərsəyə gəlməsində verdiyi önəmli töhfələrlə bağlı fotolar nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin peşəkar keyfiyyətləri ilə yanaşı, şəxsi keyfiyyətləri də böyük rol oynayıb: “Həqiqətən də, relyefi mürəkkəb, iqlimi sərt bir regionda layihənin uğurla inşa edilməsində məhz Heydər Əliyevin diqqəti, həssaslığı və qayğıkeşliyi ilə güclü komanda ruhu formalaşdı. Ulu Öndərin rəhbərliyi ilə bütün BAM ailəsi qeyri-mümkün olanı reallığa çevirə bildi. Bu gün sərgilənən fotolarda həmin tarixin ən nadir anları nümayiş etdirilir. Onu da qeyd etmək lazımdır ki, BAM-ın uğur hekayəsində 1975-ci ildən bu regiona işləməyə gəlmiş azərbaycanlı mütəxəssislərin də rolu böyük olub”.

Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin sözügedən tədbirdə çıxış edərək Heydər Əliyevin yüksək idarəetmə bacarığı sayəsində BAM-da görülmüş işlərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. “9 may 1984-cü ildə Heydər Əliyevin Miroşniçenko yolayrıcında relslərin qovuşduğu hissəyə rəmzi qızıl yanlığı vurması mərasimində iştirak edən nümayəndə heyətinin üzvü olaraq Heydər Əliyev kimi liderlə təmasda olduğum həmin illəri iftixarla xatırlayıram”. 

“2008-ci ildə BAM-ın Anqoya stansiyasında istifadəyə verilən yeni vağzala Heydər Əliyevin adının verilməsi onun xidmətlərinin böyük minnətdarlıqla yad edilməsinin təzahürüdür”, – İqor Levitin vurğulayıb.

Daha sonra rəsmilər foto stendlərlə tanış olub və sərgi iştirakçıları ilə fikir mübadiləsi aparıb.

 Tədbirdə Rusiya Nəqliyyat Nazirliyinin yüksək nümayəndə heyəti, “Azərbaycan Dəmir Yolları” QSC, “Rusiya Dəmir Yolları” ASC-nin rəhbərlikləri, Azərbaycanın Rusiyadakı səfirliyinin diplomatları, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri, Rusiyanın “BAM” İctimai Birliyinin üzvləri, yerli ictimaiyyət və media təmsilçiləri iştirak ediblər. Sərgi 26 may tarixinə kimi davam edəcək.

Qeyd edək ki, ümumi uzunluğu 4300 km olan BAM-ın tikintisinə 1940-cı ildə başlanılsa da, tikinti işləri təxirə salınıb, 1974-cü ildən layihə yenidən gündəmə gəlib. Layihə çərçivəsində BAM-da 200-dən çox dəmir yolu stansiyası inşa edilib, dəmir yolu xətti isə 60-dan çox şəhər və qəsəbəni birləşdirir. BAM boyunca 10 dəmir yolu tuneli tikilib. BAM xətti 11 iri çayın üzərindən keçir, ümumilikdə xətt üzrə 2230 iri və xırda körpü inşa edilib.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti