![]() |
|
Son günlər ölkə ərazisində müşahidə edilən aramsız yağıntılar infrastruktur sahəsinə də öz təsirini göstərməkdədir. Yol-xeber.az xəbər verir ki, Şamaxı-Qonaqkənd avtomobil yolunun 12-ci kilometrliyində qeydə alınan güclü yağışlar nəticəsində yolun bəzi hissələrində ciddi deformasiya və dağılmalar baş verib.
Məlumata görə, iki gün fasiləsiz yağan yağışlar səbəbindən asfalt-beton örtüyü tamamilə sıradan çıxmış, yolun müxtəlif hissələrində iri-həcmli çatlar əmələ gəlmişdir. Ərazidə aparılmış ilkin baxış zamanı müəyyən olunub ki, yağıntılar nəticəsində torpaq qatının sürüşməsi və su axınlarının güclü təzyiqi avtomobil yolunun stabilliyinə və davamlılığına mənfi təsir göstərib.
Nəticədə, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, sürücülər və sərnişinlər üçün ciddi narahatlıq meydana çıxıb. Ərazidə hazırda müvafiq qurumlar tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib, hərəkətin qismən məhdudlaşdırıldığı bildirilib.
Hadisə ilə bağlı məsul strukturlar - 19 saylı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin peşəkar işçi heyəti dərhal əraziyə cəlb olunub. Onlar fəlakət zonasına operativ müdaxilə edərək təmir-bərpa işlərinə başlayıblar. Əsas hədəf yolun qısa müddətdə bərpası və nəqliyyatın təhlükəsiz hərəkətinin bərpa edilməsidir.
Aidiyyəti qurumlar və mütəxəssislər hava şəraitinin dəyişkənliyi fonunda əhalini diqqətli olmağa və zərurət olmadıqca bu istiqamətdə hərəkət etməməyə çağırırlar.
Yol-xeber.az xəbər verir ki,” hadisə ilə bağlı müvafiq monitorinqlər davam etdirilir və zəruri təmir tədbirlərinin yaxın günlərdə tam həcmdə həyata keçiriləcəyi planlaşdırılır.