Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar tədbirlər planına dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində “Heydər Əliyev - 100 il” adlı jurnalın təqdimatı keçirilib. 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə nəşr olunan jurnalın təqdimat mərasimini giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.

Saleh Məmmədov Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq ölkəmizin hər yerində silsilə tədbirlərin keçirildiyini, bunların həm də müdrik şəxsiyyətin ideyalarına sadiqliyin ifadəsi olduğunu bildirib.

Saleh Məmmədov Azərbaycanın müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi sahədə əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın dayandığını diqqətə çatdırıb. 

O, qeyd edib ki, Heydər Əliyev irsi böyük bir elmi məktəbdir: “Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr Azərbaycanda intibah dövrüdür. Azərbaycanın bugünkü inkişafını təmin edən ən böyük amil Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdir”.

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə nəşr edilən jurnal təqdim olunub. 

Qeyd edilib ki, jurnalda Azərbaycana rəhbərliyi dövründə Ümummilli lider Heydər Əliyevin respublika iqtisadiyyatında etdiyi inqilabi dəyişikliklərdən, yenidən qurulan yol təsərrüfatından,  Ulu Öndərin ideyaları sayəsində Azərbaycanın qlobal nəqliyyat qovşağına çevrilməsindən, Prezident İlham Əliyevin Azərbaycanın yol infrastrukturunu müasir səviyyəyə çatdırmasından, Qarabağ və Şərqi Zəngəzurda qurulan dünyanın ən modern yol infrastrukturu layihələrindən və Azərbaycanın yol infrastrukturu sahəsində aparılan islahatların real nəticə verməsindən bəhs edilir. 

Jurnalda dərc edilən məqalələrin hər birinin başlığının və ideyasının Ümumilli Lider Heydər Əliyevin kəlamları əsasında hazırlandığı nəzərə çatdırılıb.

Sonda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov yekun nitqi ilə çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.

“Heydər Əliyev 100 il ” adlı jurnal işıq üzü görüb VİDEO/FOTO

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti