Son 15 ildə Azərbaycanda 3 min 100-dən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib.

Bu göstərici ölkədə olan ümumi məktəblərin sayının 70 faizindən də çoxdur. Eyni zamanda, dövlətimizin başçısı tərəfindən 2018-ci il üçün təsdiq edilmiş dövlət investisiya proqramına uyğun olaraq, bu il ölkə ərazisində 137 modul tipli məktəbin quraşdırılması da nəzərdə tutulur. Belə məktəblər əsasən ucqar, şagirdlərin sayı az olan yaşayış məntəqələrində quraşdırılır. Bu prosesə ötən ildən başlanılıb və 2017-ci ildə ölkə ərazisində 106 belə məktəb quraşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə təhsil naziri Ceyhun Bayramov Balakən rayonunun Şərif kəndində inşa edilmiş yeni məktəb binasına baxış keçirən zaman jurnalistlərə müsahibəsində məlumat verib.

Nazir bildirib ki, bundan əlavə, dövlət investisiya proqramı çərçivəsində ölkə ərazisində şagird sayı daha yüksək olan məktəblərdə əsaslı təmir işləri də aparılır. Onların bir qismi yeni tədris ilinin başlanğıcınadək şagirdlərin istifadəsinə veriləcək. Digərlərinin tikintisi isə ilin sonunadək başa çatdırılacaq.

Jurnalistlərin “Təhsil haqqında” Qanuna ediləcək dəyişikliklərlə bağlı suallarını cavablandıran nazir Ceyhun Bayramov deyib: “Təhsil haqqında” Qanun 2009-cu ildə qəbul edilib. Həmin vaxtdan keçən 9 il ərzində bir sıra yeni istiqamətlər meydana çıxıb, normativ hüquqi aktlar qəbul edilib. 2013-cü ildə təhsilin inkişafı üzrə dövlət strategiyası qəbul olunub. Bütün bunlar mövcud qanuna bir sıra dəyişikliklərin olunmasını zəruri edirdi. Bu zərurətdən çıxış edərək Təhsil Nazirliyi tərəfindən təkliflər paketi hazırlanaraq hökumətə təqdim olunub. Cari ilin iyununda Milli Məclis tərəfindən dəyişikliklər paketi qəbul edilib və dövlətimizin başçısının müvafiq Fərmanı ilə Qanun qüvvəyə minib. Fərmanın icrası ilə bağlı müvafiq icra strukturlarına, Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə bir sıra tapşırıqlar verilib və hazırda bu istiqamətdə iş davam etdirilir”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti