Yol-xeber.az" xəbər verir ki, Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin yaradılmasından 15 il ötür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 iyul 2009-cu il tarixli sərəncamına əsasən, dəmir yolunun hərtərəfli inkişafını, iqtisadiyyatın və əhalinin daşımalara olan tələbatının daha dolğun ödənilməsini, bu sahədə idarəetmənin təkmilləşdirilməsini təmin etmək məqsədilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
Ötən 15 il ərzində dəmir yolları müasir, qabaqcıl və dayanıqlı sahə kimi Azərbaycanın nəqliyyat sektorunun aparıcı güclərindən birinə çevrilib, ölkəmizin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfələr verməyə davam edir.
ADY son illərdə bir çox hədəflərə çatıb, bir qurum kimi köklü dəyişikliklərdən, başqa sözlə, transformasiyadan keçib.
Bu gün ADY beynəlxalq nəqliyyat marşrutları üzrə Azərbaycanın mövqeyinin gücləndirilməsi, Orta Dəhliz və Şimal-Cənub dəhlizinin imkanlarının artırılması üzrə işləri uğurla davam etdirir.
ADY əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayıram.




