“Nikol Paşinyan hakimiyyətə gələn kimi Dağlıq Qarabağ münaqişəsinin həll planını – ilkin mərhələdə 5 rayon Azərbaycana qaytarılır, daha sonra digər ərazilərin taleyi müzakirə olunur – ləğv etdi.

Bu razılaşma Serj Sarkisyanın vaxtında əldə olunmuşdu”.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri, Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqin Ermənistan mediasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Serj Sarkisyan Qarabağ münaqişəsinin həllinə hesablanmış danışıqları aparırdı və bu, Azərbaycanla Rusiyanın münasibətlərinin möhkəmlənməsinə imkan verirdi: “Bu danışıqlar Ermənistanın əleyhinə deyildi, əksinə, bütün xalqların xeyrinə idi. Paşinyan bu danışıqları zərbə altında qoydu və bu gün vəziyyət müharibə həddinə çatıb”.

Duqin qeyd edib ki, Paşinyan Sarkisyanın yolu ilə gedərsə, bu region üçün müsbət nəticələrə səbəb olacaq.

“Beş rayonun ilkin mərhələdə qaytarılması problemləri yoluna qoyur. Ermənistan bunun əvəzinə iqtisadi dəstək qazanır. Azərbaycan prezidenti ərazilərin qaytarılmasına əvəz olaraq iqtisadi əməkdaşlığa, həmçinin, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına imkan yaratmağa hazırdır. Bu baş tutarsa, Ermənistan blokadadan çıxacaq, düşmənçilik yox olacaq”, - deyə o bildirib.

Duqin erməni jurnalistin “Siz sülh tərəfdarı olduğunuzu deyirsiniz, halbuki, Azərbaycana səfər etdiniz və 2016-cı il müharibəsində Azərbaycanın “işğal etdiyi” Lələtəpə yüksəkliyinə getdiniz. Bunu necə anlamaq olar” sualına belə cavab verib: “Siz yəqin ki, bilirsiniz, Rusiya bütün Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və bu, beynəlxalq hüquqa söykənmiş mövqedir. Hesab edirəm ki, mənim ölkəmin Azərbaycanın ərazisi kimi tanıdığı əraziyə baş çəkməyim təbiidir. Bununla yanaşı, Lələtəpəyə səfərim hərbi xarakter daşımırdı, mənim əlimdə silah yox idi. Mən bir məsələni vurğulamaq istəyirəm, proseslərin belə inkişafı təhlükəlidir. İndi bölgədə situasiya dəyişib. Rusiya-Türkiyə münasibətləri əvvəlki kimi deyil. Azərbaycanla münasibətlər yüksək səviyyədədir, gələcəkdə Gürcüstanla münasibətlərin yoluna qoyulması gözlənilir. Rəsmi Tbilisi Moskva ilə yaxınlaşmağa çalışır. Bu prosesdə Ermənistan da iştirak etməlidir. Ermənistanın rəhbərliyi bunu anlamalıdır, əks təqdirdə, özünə ziyan vura bilər”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti