|
İstər cəbhə bölgəsində baş verən hadisələr, istərsə də bu cür məqamlarda bəzi saytlar, müxtəlif social şəbəkə istifadəçilərinin fəallaşması müşahidə edilir.
Axar.az xəbər verir ki, bu sözləri “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Media: dini radikalizmlər mübarizə” adlı tədbirdə çıxışı zamanı deyib.
V.Rəhimzadə onu da vurğulayıb ki, düşmən ölkənin xüsusi təyinatlı qüvvələri tərəfindən maliyyələşdirilən bu saytların ictimai siaysi sabitliyi pozmağa cəhd etməsi istisna edilmir.
“Bu saytların Mətbuat Şurasında araşdırırıq. Məlum olur ki, onların sahibi xaricdə domen alıb, Azərbaycanla bağlı çaşdırıcı məlumatlar yayırlar".