Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Axar.az-a müsahibəsini təqdim edirik:

 

- Qüdrət bəy, bu gün hər kəsi düşündürən bir məsələ var: Gəncədəki olaylar niyə təşkil olundu və bu olayları bitmiş hesab etmək olarmı?

- Zənnimcə, hadisələrin baş verməsində bir çox səbəblər təhrikçi rol oynadı. Məsələn, Rusiya yəqin ki, silah satışına dair yeni müqavilələr imzalamaq istəyir. Bundan başqa Azərbaycanın qərblə, xüsusilə ABŞ-la münasibətlərini genişləndirmək və gücləndirmək səyləri, İsraillə hərbi əməkdaşlıq da qonşularda qıcıq yaradır. Başqa bir səbəb isə, çox güman ki, ictimaiyyətin Qarabağın azad olunmasını daha israrla tələb etməsidir. Bu hadisələri təşkil etməklə isə bizə ismarıc yolladılar.

Düşünürəm ki, hadisələr hələ bitməyib. Baş verənlər əsas döyüş qabağı düşmənin necə cavab verəcəyini yoxlamaq üçün aparılan kəşfiyyat döyüşünə bənzəyir. Azərbaycandan istədiklərini ala bilməsələr payızda daha böyük təxribatlara cəhd olacaq. Xalqın iqtidara qarşı çıxmadığını görüb bu dəfə hansısa bölgəni terrorçu qruplar (yaşıl adamcıqlar) vasitəsilə mərkəzi hökumətin nəzarətindən çıxarmağa və dövlət çevrilişinə cəhd edə bilərlər. Doğrudur, xalq iqtidara qarşı çıxmadı, amma bu yetərli deyil və xalqın daha fəal iqtidarın müdafiəsinə qalxması lazımdır.1993-cü il iyunun 4-də baş verən qiyamın verdiyi dərsləri unutmalı deyilik. Nəzərə alsaq ki, kənarda və elə iqtidarın daxilində də oyuncaq prezident olmaq istəyən kütbeyin insanların sayı yetərincədir və təəssüf ki, həm də Azərbaycan türklərinin dövləti olan İran Azərbaycana münasibətdə həmişə Rusiyanın mövqeyindən çıxış edir, deməli bizi ciddi sınaq gözləyir. Ona görə də hökumət qarşıdakı aylarda ciddi və düşünülmüş qərarlar qəbul etməli, Rusiya və İranla eyhamlarla, üstüörtülü yox, açıq danışmalı, beyənəlxalq birliyi baş verənlər barədə məlumatlandırmalıdır.

- Sizcə, daha hansı qərarlar qəbul oluna bilər?

- İlk növbədə icra hakimiyyət başçılarının islahatlar yolu ilə səlahiyyətləri azaldılmalı, mülkiyyət toxunulmazlığı təmin olunmalı, sahibkarların aşağı faizli kreditlər almasına imkan yaradılmalı, sosialist təsərrüfat sistemindən əl çəkmək nə qədər çətin olsa da, həmişəlik imtina olunmalı, böyük özəlləşdirməyə gedilməli, ən başlıcası isə Prezident Adminstrasiyasını hüquqi islahatlar aparmaq potensialında olan kadrlarla gücləndirməklə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və qanunun aliliyinin təmin olunması istiqamətində mühüm addımlar atılmalıdır. Əyalətdə oturub özünü hakimiyyət təmsilçisi kimi yox, quldurbaşı kimi aparan, xalqın hədsiz nifrətini qazanmış, marıqda məqam gözləyənlər əvvəlki xidmətlərindən və kimliyindən asılı olmayaraq nə qədər ki, gec deyil ifşa olunub iqtidardan qovulmalıdırlar. Onların sosial gərginlik və siyasi böhran yaradılmasında iştirakına imkan vermək olmaz.

- Dediyiniz qərarlar qəbul olunmasa bizi nə gözləyir?

- O zaman ya birləşmiş xarici və daxili düşmənlərə müqavimət göstərib məğlub oluruq, nəticədə ölkə ya vətəndaş müharibəsi ilə dağılır, ya da düşmənlər istədiyi adamı hakimiyyətə gətirirlər. Və yaxud düşmənlərə boyun əyib töycü veririk, onların müəyyənləşdirdiyi siyasətin icrası ilə məşğul oluruq, Qarabağ haqqında isə yalnız danışmaq səlahiyyəti alırıq. Amma bu da davamlı sabitliyə və iqtidarın tam toxunulmazlığına təminat verməyəcək, çünki həmişə ağalara daha “yaxşı” təkliflər verən tapılacaq.

- Qüdrət bəy, bildiyimiz kimi Türkiyənin Rusiyadan S-400 raketlərini almasına görə NATO ilə qardaş ölkənin arasında gərginlik yaşanır. Bu problemi Türkiyə necə çözə bilər?

- Azərbaycan bu məsələdə Türkiyəyə öz köməyini təklif edə bilər. Belə ki,Türkiyənin F-35 təyyarələrini ala bilməsi və NATO üzrə müttəfiqləri ilə münasibətlərinin korlanmaması üçün həmin raket komplekslərini Türkiyə və Rusiyanın ayıracağı kreditlər hesabına Azərbaycan ala bilər.Türkiyə NATO üzvü olaraq qalmalıdır,Türkiyə NATO-dan çıxarılarsa ona münasibət bu gün onu şirnikləndirən dövlətlər tərəfindən qısa müddətdən sonra dəyişəcək.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti