Axar.az hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədovun Teleqraf.com-a müsahibəsini təqdim edir:

 

- Gəncədə icra başçısına qarşı sui-qəsd cəhdi, ardınca iki polis zabitinin ölümü ilə nəticələnən aksiyalar oldu. Artıq sözügedən olaydan bir neçə gün keçir, bu müddət ərzində müşahidələrinizə əsasən, necə hesab edirsiniz, bu hadisələr niyə baş verdi?

- Yerli icra hakimiyyəti orqanlarının yaxşı işləməməsi və insanların narazı olduğu barədə deyilənlər bəhanədir. Fikrimcə, səbəb tamam başqadır. Azərbaycana qarşı zaman-zaman xaricdən və onların daxildəki havadarları tərəfindən bu cür və başqa xarakterli təxribatlar olur. Prezident seçkiləri dövründə Avropada söyüş kampaniyası başladılmışdı, seçkidən dərhal sonra xalqı qıcıqlandıran məsələləri qabartmaqla nifrət layihəsini işə salmışdılar. Avropa və Qərb üzərindən əhali arasında kütləvi narazılıq yaratmaqda əsas məqsəd Azərbaycanı nəyəsə məcbur etmək və ya nədənsə çəkindirməkdir. Bunlar da alınmayanda təxribat və iğtişaşlara cəhd etməyə başlayırlar. Son olayları heç Gəncə ilə də bağlamaq istəməzdim. Zəncirvari proseslər gedir və bunun tərkib hissəsi də Gəncədə oldu. İlk andan bunlar nə qədər lokal görünsə də, dövlətin gücü ilə müqayisədə çox cılız olsa belə, çox təhlükəlidir. Ola bilsin, onlar dövlətin zəif yerlərini müəyyən etməklə gələcəkdə daha təhlükəli strategiyalar qurmaq üçün test edirlər. Bu təxribatları təşkil edən qüvvələr özləri də əvvəldən bilirdilər ki, burada uğur olmayacaq. Onlar bir test, yoxlanış keçirirdilər ki, görək harada daha zəif zəncir tapmaq olar. Dövlət bütün gücündən istifadə edərək, bu hadisənin baş verməsinin səbəbləri ətrafında geniş analiz aparmalıdır.

- Sizin versiyanız nədir?

- Hələ mart ayında başlayan söyüş kampaniyası zamanı bildirmişdim ki, proses davamlı olacaq, buna lokal hal, siyasi rəhbərliyə daxil olan şəxslərin təhqiri kimi baxmaq düzgün deyil. Növbəti prezident seçkiləri bu ilin oktyabrında keçirilməli idi. Lakin növbədankənar prezident seçkiləri baş tutdu. Həmin qüvvələr ideoloji təxribat maşınlarını payızda işə salmağı planlaşdırırdı deyə qəfil seytnot vəziyyətinə düşdülər. Nəticədə irimiqyaslı təxribat kampaniyası keçirmədilər deyə vəziyyətlə barışa bilmirdilər. Son bir ayda ölkənin siyasi, iqtisadi həyatında baş verən əhəmiyyətli məsələləri izləyəndə cavab ortaya çıxır. TANAP layihəsinin işə düşməsi, Azərbaycan ordusunun 100 illiyi ilə bağlı möhtəşəm paradın keçirilməsi, “Türk ulduzları”nın Bakı səmasındakı nümunəvi uçuşları, Azərbaycan Prezidentinin NATO sammitində iştirak etməsi, Avropa İttifaqı ilə əvvəlcədən planlaşdırılan ikitərəfli layihənin paraflanması kimi məsələlər bizə dost olmayan qüvvələri qıcıqlandırdı. Erməni faktorunu da yaddan çıxarmaq olmaz. Azərbaycan əleyhinə yönələn tədbirlərdə onları bu işə cəlb etməsələr də özlərini dürtüb iştirak edirlər. Son hadisələrdə propaqanda maşını İrəvan və Avropada olan Ermənistan şəbəkəsinə bağlı olan KİV-lər üzərindən quruldu. Bu proseslərin arxasında yalnız ermənilərin durduğunu demək sadəlövhlük olardı, daha böyük güclər idi, ermənilər də bu fürsətdən bəhrələndilər.

Ölkədə radikal islamçılara dövlətin hüquqi əsaslarına qarşı sistemli çağırışlar edən saytlara, sosial şəbəkə istifadəçilərinə qarşı hansı tədbirlər görülməlidir?

- Elə məsələlər var ki, onunla bağlı tədbir görmək çətindir. Əvvəllər internet yayım üçün domen adı alırdılar, indi heç ona ehtiyac duymurlar, sosial şəbəkələr üzərindən hər kəs yayım edə bilir. Bəzən mübarizə özü Don Kixotluğa gətirib çıxarır. Azərbaycan elə dövlət deyil ki, sosial şəbəkələri kökündən sındırsın. Bizdə azad internet məkanı var. Ən böyük silah əks-təbliğatdır. Təhsilin səviyyəsi yüksəldilməli, vətəndaş cəmiyyəti inkişaf etdirilməlidir. Gələcəkdə insanları çaşdırıb səhv yola çağırmamaq üçün ən yaxşı vasitə dövlət mövqeyində olan vətəndaş cəmiyyəti, yəni QHT-lər, KİV-lər, təşkilatlanmamış fəalların olmasıdır.

- Bəs daxildən bu xəyanətkarları dəstəkləyən kimlərdir?

- İlk növbədə QHT-lərdən başlayaq. Bizim QHT-lərə virus toxumu çoxdan səpilib. Əhəmiyyətli sayda QHT-lər Avropadakı PİN təşkilatı vasitəsilə erməni şəbəkələrinə cəlb ediliblər. Onlar istənilən variantda anti-Azərbaycan proseslərinə qoşulurlar. Bu proseslərdə vaxtilə Azərbaycanda olan QHT-lər fəallıq göstərirdilər. İkincisi, radikal dini qruplaşmaları təmsil edən qüvvələrə bağlı KİV-lər idi. Siyasi partiyalara gəlincə, ölkəmizdə 60-dan çox siyasi partiya var, çoxunun bazası zəif olsa da, əksəriyyəti dövlət mövqeyindən çıxış elədi. Pik vaxtda AXCP üzvü olan şəxslər Avropadan və daxildən açıq çağırışlara qoşulmuşdular. Bir qismi sonradan statuslarını silməyə başladı. Amma hamı gördü ki, öz liderlərinin fotosunu sosial şəbəkədəki hesablarında ön profildə qoyanlar şüarlar səsləndirir, dezinformasiyalar yayır. Onlar təxribatçı videogörüntüləri tirajlayıb deyirdilər ki, başqa yerlərdə də əhali ayağa qalxıb, iğtişaş nəzarətdən çıxıb və sair. Məqsəd o idi ki, daha çox çaşqınlıq yaransın, yerlərdə də bu qruplar hərəkətə keçsin. Gəncədə lokal hadisə bir qədər genişlənsəydi, başqa yerlərdə də həmin şəbəkənin təşkilatçıları baş qaldıracaqdı. Ona görə də dövlətin müvafiq qurumlarını bu məsələləri dərindən öyrənməyə səsləyirəm.

- Bu hadisələr zamanı Yunis Səfərovun qəhrəman elan olunması cəhdləri də vardı. Qənimət Zahid, Arif Məmmədov, Orduxan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqlı və digərləri iğtişaşlara, qanuni hakimiyyəti devirməyə çağırışlar edirdi...

- İstənilən halda sui-qəsd törətmiş adamı qəhrəman elan etmək çox pis haldır. Azərbaycan dövləti həmin şəxslərlə bağlı cinayət işi başlamalı və tutulub ölkəyə ekstradisiyası üçün İnterpolun xətti ilə axtarış elan etməlidir. Demirəm ki, burada böyük nailiyyət əldə olunacaq. Çünki onların arxasında bizə düşmən olan xarici qüvvələr dayanıb. Sui-qəsd törədən və terror aktı təşkil edən şəxsi dəstəkləmək olmaz. Bu, terrora dəstək vermək deməkdir. Hesab edirəm ki, terrora və terrorçuluğa çağırışlar edənlərə qarşı harada olmasından asılı olmayaraq, cinayət işi açılmalıdır. Sosial şəbəkələrdə saxta profillər sahibləri müəyyənləşməli, onlara və arxasından duranlara qarşı tədbir görülməlidir. Zaman-zaman onları ekstradisiya etmək lazımdır ki, dərs alsınlar. Terroru, iğtişaşı, təxribatı dəstəkləməyin adekvat cavabı olmalıdır.

- Gəncə hadisələrinin təkrarlanmaması üçün hansı tədbirlər həyata keçirilməlidir?

- Dövlət institutları baş verənlərdən nəticələr çıxarmalıdır. Hətta bəhanələr də təhlil olunmalıdır. Təxribatları törədən şəxslər müəyyən edilməli, ölkənin strateji əhəmiyyət daşıyan obyektlərinin qorunması, ideoloji planda radikalizmi təbliğ edən qruplaşmaların zərərsizləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir. Bayaq vətəndaş cəmiyyətin inkişaf etdirilməsinin vacibliyini vurğuladım. Dini radikalizmə qarşı mübarizə aparılmalı, əhalini narahat edən məsələlərlə bağlı diskussiyalar keçirilməli və problemlərin həllinə yönələn açıq dövlət siyasəti ortaya qoyulmalıdır. Əks-propaqanda primitiv üsullara söykənməyib, onların əllərində əhaliyə təsir etmək üçün xeyli güclü “silahlar” var. Nifrət layihəsini icra edəndə villa şəkli qoyub yazırdılar ki, filan məmurundur, yanına koma fotosu qoyub deyirlərdilər şəhid atasınındır. Bəlkə heç o villa həmin məmurun, yaxud koma da şəhidin valideynlərinin deyil. Amma bu foto ətrafında açılan diskussiya ilə öz işlərini görürdülər. Bu məsələlərin qabağına çıxmaq lazımdır. Bunu da maarifləndirmə, geniş izahat işləri aparmaqla, vətəndaş cəmiyyəti iştirakçılığı ilə etmək mümkündür.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti