Pənah Hüseyn və Fəzail Ağamalı hadisələrdə xarici güc versiyasını təsdiqlədilər, amma...

 

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Mingəçevirdə ölkənin qaranlığa qərq olması ilə nəticələnən hadisələr, ardınca Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı silahlı sui-qəsd, daha sonra iyulun 10-da iki yüksək rütbəli polis zabitinin qətlə yetirilməsi, bundan bir qədər sonra Ağsu və Yevlax rayonları ərazisində eyni vaxtda elektrik xətlərinin altında yanğın törədilməsinin kökündə dayana biləcək səbəblər  barədə böyük məqalə yazıb. Strateq.az saytı üçün yazılan məqalə olduğu kimi musavat.com saytında da yayılıb.

Müəllif yazıb ki, ard-arda baş verən bu hadisələr informasiya və psixoloji müharibə elementləri ilə müşayiət olunub, ölkədə xüsusən də dini-məzhəbi zəmində qarşıdurma yaratmaq və mövcud vəziyyəti qızışdırmaq üçün nifaq toxumları səpilib, başda sosial şəbəkələr olmaqla intensiv iş aparılıb: “Bütün bu baş verənlər, ilk baxışda, Azərbaycana qarşı bir kəşfiyyat-yoxlama hücumunun başladıldığını andırır.

04 iyun 2018-ci il tarixdə məqaləmdə qeyd etmişdim ki, Yeni Böyük Oyunun növbəti pərdəsi - İran pərdəsi artıq başlayıb və Azərbaycan məsələsinin beynəlxalq və regional gündəliyin ön səhifələrinə keçdiyinin işartıları da görünməkdədir. 2001-ci ilin 11 sentyabrından sonra regionda səhnəyə qoyulan yeni böyük geopolitik oyunun növbəti pərdəsinin başlaması ilə azərbaycan məsələsinin də beynəlxalq və regional gündəliyin ön səhifələrinə keçdiyinin işartıları, nəhayət ki, üzə çıxdı. Onun ilk açıq əlamətləri ABŞ və Fransa prezidentlərinin Respublika günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə azərbaycanlı həmkarlarına göndərdiyi məktubda “Dağlıq Qarabağ məsələsi” ilə bağlı verdiyi mesajlarda göründü.

Həmin yazıda onu da qeyd etmişdim ki, “Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın göndərdiyi təbrik məktubunda açıq şəkildə deyilir: ”...Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır". Bu açıq mesajlar, eyni zamanda hər iki həmsədr dövlətin xarici işlər nazirlərinin verdiyi tamamlayıcı bəyanatlar, gec də olsa, rəsmi Bakının, eyni zamanda hamımızın “qarşıdan gələn aylar”da nələrin baş verə biləcəyi haqqında ciddi düşünməsini tələb edir..."

S.Əkbər qeyd edib ki, regionda yaranmış bu yeni strateji şəraiti, xüsusən də İran məsələsinin və Ermənistan-Azərbaycan münaqişəsində “status-kvonun” dəyiş(diril)məsi məsələsinin faktiki olaraq aktuallaşdığını və bu arada regionda forpostu olan Ermənistanda baş verən “məxməri inqilab”ı analiz edib qiymətləndirən Rusiya Azərbaycanın işğaldakı 5 rayonunun geri qaytarılmasına, əvəzində “DQR”-ə aralıq siyasi-hüquqi status verilməsinə, onun bu statusla beynəlxalq birlik, o cümlədən Azərbaycan tərəfindən tanınmasına, öz strateji uzantısına və əlavəsinə çevirdiyi Ermənistanla münasibətlərinin inkişafda olduğu Türkiyə arasında ikitərəfli münasibətlərin normallaşmağa başlamasına və sərhədlərin açılmasına, onun Azərbaycan Respublikasından iqtisadi yardım almasına, regional enerji, nəqliyyat və ticarət-iqtisadi layihələrə və regional inteqrasiyaya qoşulmasına, beləliklə, regionda əsasən təcrid olunmuş olan müttəfiqinin bu durumdan çıxmasına, regional inteqrasiyaya, Rusiya-Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərinin inkişafına ciddi stimul verilməsinə, ən başlıcası isə Azərbaycanın İranla sərhəddə, “sülhməramlı qüvvələr” adı altında, öz legitim hərbi iştirakının təmin edilməsinə, beləliklə, regionda yeni strateji şəraitin yarandığı bir dövrdə öz mövqelərinin, təsir və nüfuzunun həm Ermənistanda, həm də Azərbaycanda daha da möhkəmlənməsinə və Azərbaycanda yenidən öz geopolitik təsir sferasına geri qaytarılmasına nail olmaq niyyətinə düşübmüş. S.Əkbər hətta yazır ki, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Rusiyanın bu planına razılıq da veribmiş. Məhz bundan sonra Ermənistanda apreldə inqilab başlayıb və Sərkisyanın hakimiyyətdən getməsi ilə nəticələnib.

AzDP sədrinin fikrincə, Rusiyanın bu planının baş tutacağı halda udan tərəf Rusiya və Ermənistan olacaqdı.

S.Əkbər Ermənistandakı inqilabdan sonra Azərbaycanın daxil olduğu böyük enerji layihələrinin həyata keçirilməsinə və Azərbaycanda baş verən məlum hadisələrin məhz bu dövrdə reallaşmasına diqqət çəkib: “Nəzərə almaq lazımdır ki, bu hadisələr qarşıdakı aylarda İrana və Rusiyaya qarşı yeni, daha ciddi və ağır sanksiyaların tətbiqinin gündəlikdə olduğu, hər iki dövlətin enerji sektorunun xüsusilə hədəf alındığı və əksinə, onlardan yan keçən enerji layihələrinin, xüsusən də TANAP və TAP kimi layihələrin həyata keçirildiyi və keçirilməkdə olduğu, ümumiyyətlə, Cənubi Qafqaz kommunikasiya (enerji, nəqliyyat, rabitə və ticarət) dəhlizinin inkişaf etdirildiyi bir vaxtda baş verir. Beləliklə, bu nəticəyə gəlmək olar ki, bu gün Cənubi Qafqaz və Xəzər regionunda, o cümlədən Azərbaycanda baş verən hadisələrin başlıca strateji səbəbləri var”.

Müəllif məqalədə bu səbəbləri geniş şəkildə yazıb. Səbəblərdən birinin qarşı duran böyük güclərin-ilk növbədə ABŞ və Rusiyanın arasında hər bir region ölkəsi, xüsusən də İranla həmsərhəd olan ölkələr, o cümlədən Azərbaycan və Ermənistan uğrunda mübarizənin yeni həlledici mərhələyə qədəm qoymasını göstərib.

S.Əkbər bildirib ki, Rusiya yuxarıda qeyd olunan məlum gizli planın reallaşdırılmasından imtina etmək və ya vaz keçmək istəyən Ermənistanın yeni “qərbyönlü” hakimiyyətini, həmçinin Azərbaycanı İranın əli ilə cəzalandırmağa cəhd edir.

Bəs digər tanınmış siyasətçilər S.Əkbərin bu fikirlərini bölüşürmü?

AXP sədri Pənah Hüseyn ile ilgili görsel sonucu

AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, terror və güc yolu ilə aparılan mübarizə perspektivsiz mübarizə formasıdır. Bu mübarizə forması çox zərərli və qüsurludur, istər vətəndaşların, istərsə də dövlətin maraqlarına cavab vermir: “Xüsusən indiki məqamda dünyanın qloballaşdığı bir şəraitdə bir-biri ilə rəqabətdə olan güclərin diqqət mərkəzində olan yerlərdən biri kimi Azərbaycanda həm də bu hadisələrin xarici ayağının ola biləcəyini nəzərə almaq lazımdır.

Mənim əlimdə konkret fakt yoxdur ki, bu hadisələrdə hansı xarici gücün əli var. İndi təhqiqat gedir. Prinsip etibarilə Azərbaycanda gedən proseslərdə həmişə xarici güclərin də rolunu istisna eləmirəm. Konkret son hadisələrdə də xarici güclərin rolunu istisna eləmirəm.

Rusiyanın son dövrlər siyasətində dəyişikliklər görünür. Məsələn, Xəzərin statusu haqqında konvensiyanın layihəsi Rusiya hökumətində təsdiq olunub və Xəzər dənizinin dibindən kəmərlərin çəkilməsinə artıq Rusiya razılaşıb. O baxımdan da bu enerji kəmərləri strategiyasına Rusiyanın və İranın münasibəti əvvəlki münasibət deyil. Əslində indi daha təhlükəli vəziyyət yaranıb. Rusiya əslində çəkilmiş kəmərləri öz təsiri altına alaraq geosiyasi, geostrateji maraqlarını bu şəkildə davam etdirmək xəttini götürüb. Bəzən təhlillərdə absurda gedib çıxmaq olmaz. Amma Azərbaycanda baş verən məlum proseslərdə Rusiyanın da, İranın da özlərinin geosiyasi, geostrateji maraqlarının olması da bəllidir".

Fəzail Ağamalı ile ilgili görsel sonucu

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə bildirdi ki, müəyyən xarici güclərin Azərbaycanı qarşıdurma meydanına çevirmək planları açıq şəkildə özünü ifadə etməkdədir. Hüquq-mühafizə orqanlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat tədbirləri və onların verdikləri açıqlamalar dediklərimizi sübut edir: “Mən də bu fikirlə şərikəm ki, bütün bu hadisələrin Azərbaycanı zəiflətmək, xaotik ölkəyə çevirmək istəyən anti-Azərbaycan qüvvələri var. Əlbəttə, burada qonşu ölkələrdən müəyyən dairələr də bu qüvvələrin içərisində yer alır. Azərbaycan getdikcə ciddi uğurlara imza atmaqdadır. Xüsusi olaraq ölkə prezidentinin 15 il ərzində həyata keçirdiyi uğurlu siyasət həm Azərbaycanın daxili inkişafında mühüm rol oynayıb və onun immunitetini gücləndirib, eyni zamanda ölkəmizin beynəlxalq aləmdə nüfuzu xeyli artıb, dünya siyasətində özünün transmilli layihələrinin reallaşması ilə ciddi mövqelərə çıxıb. Balaca bir ölkənin qısa zaman kəsiyində öz daxili problemlərini həll edərək dünya miqyasında atmış olduğu mühüm addımlar, əlbəttə, bir çox dairələri ciddi narahat etməkdədir. Azərbaycanın bu uğurlarını həzm etməyən həmin dairələr ən müxtəlif yollarla dövlətçiliyimizə təhdidlər törədiblər. Bundan sonra da törətməyə cəhd edəcəklər. Əlbəttə, bütün bunların qarşısını Azərbaycan dövlətinin, xalqının və prezidentinin iradəsi alır və alacaq. TANAP-ın və TAP-ın uğurla həyata keçirilməsi Avropa enerji bazarında Rusiyanın mövqeyinə təsir edir. Avropa bu kəmərlər vasitəsilə təkcə Azərbaycan qazını deyil, eyni zamanda Xəzərin şərq sahilində Türkmənistanın da qaz ehtiyatlarını əldə edəcək. Gözlənilir ki, İran qazı da bu xətlə Avropa bazarına çıxa bilər. Bu artıq müəyyən suallar doğurur. Odur ki, Rusiya Azərbaycanın bu Cənub axını layihəsindən məmnun deyil.

İranla Rusiya arasında ən müxtəlif sahələrdə razılaşmalar da var. Onlar bir çox məsələlərdə bərabər hərəkət edirlər. İrandakı müəyyən dairələr Azərbaycanın güclənməsinə mane olmağa çalışırlar. Onlarla Rusiyanın müəyyən dairələrinin maraqlarının üst-üstə düşməsi reallıqdır. Bu baxımdan onların birgə fəaliyyətini istisna etmirəm. Lakin bunu tamamilə təsdiq etmək imkanlarım da yoxdur".

F.Ağamalı dedi ki, Sülhəddin bəyin yazdıqları təbii ki, onun subyektiv fikirləridir və ola bilsin ki, onun bu və ya digər mənbələrdən əldə etdiyi müəyyən məlumatlara söykənir. Lakin ən dəqiq məlumat Azərbaycan hüquq-mühafizə orqanlarının ixtiyarındadır: “Ona görə də mən tamamilə inanıram ki, hüquq-mühafizə orqanları iyul ayının ilk günündən baş verən məlum hadisələri ətraflı təhqiq edəcək. Hadisələrin kökündə nələrin dayandığı tam dəqiqləşəcək. Hər bir halda baş verən həmin hadisələrdən sonra biz bundan sonra da tam ayıq-sayıq olmalıyıq, prezidentimizin və dövlətimizin ətrafında xalq olaraq sıx birləşməliyik”.

20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti