Bu, çox təhlükəli tendensiyadır. Bu, müasir dünya düzənini tamamilə yenidən formalaşdırmaq və dünyada yeni siyasi düzənə cəhd kimi də dəyərləndirilə bilər.

 

Bu sözləri Axar.az-a Çinin Avropaya yatırdığı investisiyaların həcminin ABŞ-a qoyduğu yatırımlardan 9 dəfə artıq olmasına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, işin təhlükəli tərəfi odur ki, ABŞ ilə Avropa ölkələrinin dəyərləri və siyasi sistemləri arasında tam oxşarlıq var idi:

“Bunlar - demokratiya, insan haqları və bir sıra ümumbəşəri dəyərləri özündə ehtiva edirdi. İndi kommunist Çinin AB ilə yeni alyans yaratmaq cəhdi dünya düzəninə yenidən baxmaq məsələsinə gətirib çıxara bilər. Yeni dünya düzəninin formalaşdırılması kimi bir vəziyyət ABŞ ilə AB arasındakı fikir ayrılıqlarını antaqonizm səviyyəsinə qaldırar”.

Politoloq bildirib ki, ABŞ-da iş başında siyasi səriştəsi olmayan, müəyyən siyasi yol keçməyən, sırf biznes sahəsi ilə məşğul olan bir adamın prezident vəzifəsini icra etdiyini unutmamalıyıq:

“Bu isə dünya nizamına çox ciddi təsir edir. Əlbəttə, böyük dramatizmin, az qala, apokalipsisə bənzəyən bir vəziyyətin yaranacağına inanmıram. Çünki ABŞ-da “dərin dövlət” deyilən bir anlayış var. Onlar prezidentin ətrafında sipər kimi dayanaraq, ABŞ-ın milli maraqları üçün təhlükə yaradanlara qarşı impiçment, yaxud vəzifədən kənarlaşdırma normasını tətbiq edirlər. Bu, prezident üçün də keçərlidir. Xüsusilə Trampın Putinlə görüşündən sonra ABŞ-da onun ümumiyyətlə, öz vəzifəsinə layiq olmadığı, ABŞ-a xəyanət etdiyi barədə ittihamlar səsləndirilir. Qəzetlər də Tramp-Putin görüşünü ABŞ üçün tam siyasi fiasko adlandırır. Bunlar ABŞ-ın siyasi rəhbərliyində də izsiz ötüşməyəcək. ABŞ-da müəyyən siyasi strukturlar ABŞ-AB qarşıdurmasının barışmaz ziddiyyətlər səviyyəsinə çatmasına imkan verməyəcəklər”.

Politoloq vurğulayıb ki, impiçment təhlükəsi Trampın başı üzərində “Domokl qılıncı” kimi asılıb:

“Bu məsələ Rusiyanın ABŞ-dakı seçkilərə Trampın lehinə müdaxiləsi ilə bağlıdır. Artıq İstintaq Komissiyası bu məsələdə əli olan 12 nəfərin adını müəyyənləşdirib”.

Politoloq qeyd edib ki, əgər Rusiya seçkilərə müdaxilə edibsə də bunu etiraf etməz:

“Rusiya yeri gələndə bundan Trampa qarşı təzyiq vasitəsi kimi istifadə edəcək. ABŞ mətbuatı Trampla Putinin görüşü ilə bağlı kollajlar, xüsusilə Putinin Trampı əlində körpə uşaq kimi oynatdığını göstərən karikaturalarla doludur. Bütün bunlar onu göstərir ki, vəziyyət impiçmentə qədər gedib çata bilər”.

Politoloq qeyd edib ki, dünyada sabitliyin, əmin-amanlığın qorunması üçün ABŞ-AB ittifaqının möhkəmləndirilməsinə ehtiyac var:

“Xüsusilə də yeni dünya düzəni və onu bərqərar edən dəyərlər toplusunun qorunub saxlanılması bütün dünya, bəşəriyyət üçün ciddi əhəmiyyətə malikdir. Dünya düzənini yenidən formalaşdırmaq qərarına gəlinərsə, bu, dünya üçün təhlükəli meyillərin yaranmasına səbəb ola bilər. Çünki gələcəkdə yeni geopolitik oxa Çinin təşviqi ilə Rusiyanın qoşulması da real görünür. Hətta bu geopolitik ox İrana qədər gedib çıxar. Bu da yeni dünya düzəni üçün sərfəli olmaz”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti