|
11:04
Türkiyənin “Qalatasaray” futbol klubunun keçmiş müdafiəçisi Emmanuel Eboue intihar edib.
Axar.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Ebouenin özünü asdığı bildirilib. Polis əməkdaşları onun cansız bədənini bacısının evində aşkar edib.
***
“Qalatasaray” klubunun keçmiş ulduzu Emmanuel Ebouenin intihar xəbəri doğru çıxmayıb.
Sosial şəbəkələrdə gündəmə çevrilən bu xəbərin İngiltərə mətbuatı tərəfindən ortaya atıldığı məlum olub.
Onun bir neçə ay əvvəl “İntiharın astanasına gəldim. Tanrıdan məni bu düşüncələrimdən ayırması üçün yardım diləyirəm”, kimi fikirlər səsləndirmişdi. İngiltərə mətbuatının da onun bu fikirlərindən yararlanaraq məlumatı yaydığı bildirilib.