|
AFFA rəhbərliyi gələn il fevralın 7-də Romada UEFA-nın 43-cü Konqresi çərçivəsində qitənin ali futbol qurumunun prezidenti vəzifəsinə keçiriləcək seçkilərdə Aleksander Çeferinin namizədliyini dəstəkləyəcək.
AFFA-dan Axar.az-a verilən məlumata görə, bununla əlaqədar UEFA-ya müvafiq rəsmi məktub göndərilib.
AFFA rəhbərliyi 2016-cı il sentyabrın 14-də UEFA prezidenti vəzifəsinə keçirilən seçkilərdə də A.Çeferinin namizədliyini dəstəkləmişdi. Həmin vaxt A.Çeferinin seçkiqabağı platformasında yer alan sosial məsuliyyət, assosiasiyalararası dialoq, UEFA irsinin davam etdirilməsi, Avropa futbol təşkilatının hər zaman zirvədə saxlanılması ilə bağlı müddəalarla tanış olduqdan sonra AFFA onun namizədliyinin dəstəklənməsinə qərar vermişdi.