|
Rəqiblər nəticə verən komandalarla oyuna daha ciddi hazırlaşırlar.
Bu baxımdan futbolçular üçün asan deyil. Ümumiyyətlə, məğlub olmağı deyil, qalib gəlməyi düşünürük.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsində Moldovanın "Şerif" klubuna qarşı cavab oyunu öncəsi mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov söyləyib.
Baş məşqçi deyib:
"Məğlub olsaq da, buna peşəkar kimi yanaşacağıq. Ötənilki "Şerif"lə builki arasında böyük fərq var. Komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. Daha çox topla oynayan bir komandaya qarşı mübarizə aparacağıq. Bu mərhələdə son oyunumuzdur. Doğma azarkeşlərimizin önündə hər bir futbolçunun ən yaxşısını etməyə çalışacağını düşünürəm. Çox yaxşı müdafiə olunmağı bacaran, hücumlar təşkil edə bilən rəqibə qarşı oynayacağıq. Həddindən artıq soyuqqanlı olaraq, öz oyunumuzu oynamalıyıq”.