|
Misir Futbol Federasiyasının media direktoru Osama İsmael Misir yığmasının hücumçusu Məhəmməd Salahın dünya çempionatı zamanı Qroznıda təşkilatçılıq işlərindən niyə narazı qaldığını izah edib.
Oxu.Az-ın məlumatına görə, O. İsmael bildirib ki, Salahın narazılığı Misir millisinin qaldığı bazaya gələn bəzi qonaqlarla bağlı olub.
“Qonaqlar uyğun olmayan vaxtlarda Salahla şəkil çəkdirmək istəyirdilər. Salah isə istəyir ki, komanda sakit şəraitdə məşq etsin”.