"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Moldova "Şerif"i ilə Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşündən sonra da diqqət mərkəzinə düşüb.

 

Report-un məlumatına görə, 36 yaşlı müdafiəçi bu dəfə dopinq-test otağına aparılıb.

O, dopinq yoxlamasına dəvət olunub.

Qeyd edək ki, Rəşad Sadıqov əvvəlki 3 oyunda bəzi azarkeşlərin tənqidləri ilə üzləşib. Fanatlar onun zəif çıxış etdiyini bildirərək, karyerasını bitirməsinin gərəkliyini dilə gətiriblər.

Xəbər lenti