|
İran Super liqasının 6-cı turu çərçivəsində Təbriz derbisi baş tutub.
Axar.az xəbər verir ki, Təbrizin “Səhənd” stadionunda “Traktor”la “Maşınsazi” komandaları arasında keçirilən oyun birincinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Böyük azarkeş kütləsinin izlədiyi oyunda bir qrup azərbaycanlı milli fəal “Stadiona gəlmək qadınların haqqıdır”, “Qadınlara azadlıq”, “Oğlanlar və qızlar bərabərdir” kimi ifadələr olan plakatlarla qadınların stadiona girişini qadağan edən qanunun ləğv edilməsini istəyiblər.