|
Bu gün sentyabrın 2-də Qırğızıstanın İssık-Kul vilayətinin Çolpan-Ata şəhərində Ümumdünya köəri oyunları başlayır.
Virtualaz.org qazax KİV-lərinə istinadən xəbər verir ki, oyunların açılışına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Macarıstan prezidentlərinin də tamaşa edəcəyi gözlənilir.
Oyunlar sentyabrın 8-nədək davam edəcək və orada 80-ə qədər ölkədən 3 mindən çox idmançının iştirakı nəzərdə tutulub. Yarışlar 37 etnoidman növü üzrə keçiriləcək, cəmi 594 medal oynanılacaq. Yarışlara ABŞ-ın Texas ştatından kovboylar komandası da qatılır.