Kifayət qədər dolaşıq bir sistemdə keçiriləcək Millətlər Liqası haqda nələri bilək?

 

Sentyabrın 7-də UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqası start götürür. Millətlər Liqasının taleyinin necə olacağı ilə bağlı indidən nəsə söyləmək çətindir. Hər halda, yoldaşlıq görüşlərinin alternativi kimi düşünülmüş Millətlər Liqasında intriqa mütləq olacaq. Yoldaşlıq görüşlərində, məsələn, heç kimə pul vermirdilər. İndi isə məsələn, Azərbaycanın yer aldığı  D liqası qalibi  hətta 1 milyon avro gəlir əldə edə biləcək. Ən əsası isə Millətlər Liqası bir neçə vacib oyunu Bakıda da keçiriləcək 2020-ci il Avropa Çempionatına da 4 vəsiqə verəcək.

55 komanda arasında 4 vəsiqəni qazanmağın çətinliyi aydındır, hətta lotereyada bundan daha şanslı olmaq mümkündür. Yəni pul da, AÇ-yə vəsiqə də qazanmaq olar, Allah uzaq etsin, azarkeş qarğışı da...

Azərbaycan millisi ilk oyununu sentyabrın 7-də Kosovo yığmasına qarşı keçirəcək. Amma sirr deyil ki, kifayət qədər dolaşıq bir sistemdə keçiriləcək Millətlər Liqası haqda oxucuların o qədər də geniş məlumatı yoxdur. Bugünkü sayımızda Millətlər Liqasında oyun sistemi və digər məlumatları oxuculara çatdıracağıq.     

***

UEFA bu turnirin təşkili ilə bağlı qərarı 2014-cü ildə qəbul edib, nəhayət,  müzakirələrin nəticəsi olaraq Astanada təşkil olunan UEFA İcraiyyə Komitəsinin iclasında Millətlər Liqasının keçirilməsi ilə bağlı yekun qərar verilib.  Bu yarışın Avropa çempionatı ilə növbəli şəkildə - 2 ildən bir keçirilməsi qərara alınıb. İlk Millətlər Liqası 2018 - 2022-ci illər arasında baş tutacaq. UEFA Millətlər Liqası sayəsində millilərin oyunlarına marağın artacağını düşünür. Hər şeydən əvvəl komandalar divizionlara güclərinə uyğun bölündükləri üçün rəqibləri ilə təxminən eyni səviyyədə olacaqlar. Millətlər Liqasının Avropa çempionatına vəsiqə imkanı verməsi oyunların intriqasını artıracaq.

Millətlər Liqası UEFA-ya üzv 55 ölkənin mili komandası arasında təşkil olunub. Yığmalar reytinqlərinə görə 4 liqada yarışacaq. 

A liqası

I qrup: Hollandiya, Fransa, Almaniya.

II qrup: İslandiya, İsveçrə, Belçika.

III qrup: Polşa, İtaliya, Portuqaliya.

IV qrup: Xorvatiya, İngiltərə, İspaniya.

B liqası

I qrup: Çexiya, Ukrayna, Slovakiya.

II qrup: Türkiyə, İsveç, Rusiya.

III qrup: Şimali İrlandiya, Bosniya və Herseqovina, Avstriya.

IV qrup: Danimarka, İrlandiya, Uels.

C liqası

I qrup: İsrail, Albaniya, Şotlandiya.

II qrup: Estoniya, Finlandiya, Yunanıstan, Macarıstan.

III qrup: Cənubi Kipr, Bolqarıstan, Norveç, Sloveniya.

IV qrup: Litva, Monteneqro, Serbiya, Rumıniya.

D liqası

I qrup: Andorra, Qazaxıstan, Latviya, Gürcüstan.

II qrup: San Marino, Moldova, Lüksemburq, Belarus.

III qrup: Kosovo, Malta, Farer adaları, Azərbaycan.

IV qrup: Cəbəllütariq, Lixtenşteyn, Ermənistan, Makedoniya.

Komandalar dairəvi sistemlə 2 dövrədə mübarizə aparacaq. A liqasında qrup qalibləri 2019-cu ilin iyununda Millətlər Liqasının medalları uğrunda yarımfinal və final matçına çıxacaq.

A, B və C liqalarının qruplarında sonuncu yeri tutan yığmalar növbəti turnir üçün aşağı dəstəyə yuvarlanacaq. Yəni A liqasının sonuncuları B, B-nin sonuncuları C, C-nin sonuncuları D-yə düşəcək.

B, C və D liqalarının qrup qalibləri isə 2020/21 mövsümündə daha yüksək dəstədə oynamaq hüququ qazanacaq. Azərbaycan millisi də C liqasına yüksəlmək üçün öz qrupunda 1-ci yeri tutmalıdı.

Bundan başqa, komandaların qrup mərhələsində tutduğu mövqe onların Avro-2020-nin püşkatmasında hansı səbətdə yer alacağını müəyyənləşdirəcək. 2019-cu ilin dekabrındakı mərasimdə Azərbaycan millisinin IV, V və ya VI səbətdə olacağı da nəticələrindən asılı olacaq.

Millətlər Liqası həm də Avro-2020-yə 4 vəsiqə verəcək. Hər liqadan 1 komanda buna nail olacaq. Həmin xoşbəxtin adı 2020-ci ilin martında baş tutacaq pley-off mərhələlərində bəlli olacaq.

Pley-offa isə qrupun Avro-2020-yə vəsiqə qazanmayanlar arasında ən yaxşısı qatılacaq. Qrupun ən yaxşısı seçmə mərhələnin 10 qrupunda ilk 2 yeri tutanlar nəzərə alınmadan müəyyənləşəcək.

Azərbaycan millisi AÇ-yə vəsiqə qazanmaq üçün qrupda 1-ci yerlə pley-offa yüksəlməlidi. Təbii ki, seçmə mərhələdə möcüzə gerçəkləşdirsə və final raunduna yüksəlsə, pley-offa 2-ci yerin sahibi yollanacaq. Millətlər Liqasında qrupumuzda bizdən yüksək yer tutan komanda seçmə mərhələdə vəsiqə əldə etsə, pley-offa yollanmaq şansı qazanacağıq.

Qeyd edək ki, qrup oyunları 2018, final mərhələsi 2019, pley-off 2020-ci ildə baş tutacaq.

Millilər qruplarında bir-birləri ilə ev-səfər qarşılaşmalarına çıxacaqlar və 6 oyun günündən sonra bu mərhələyə yekun vurulacaq. Qrup matçları 2018-ci ilin sentyabr, oktyabr və noyabr aylarında keçiriləcək. 2019-cu ildə hər qrupdan çıxacaq bir komanda liqa daxilində bir-birləri ilə oynayacaqlar. 2020-ci ildə hər diviziondan çıxan 4 komanda (ümumilikdə 16) arasında pley-off matçları keçiriləcək.  Pley-off oyunlarından sonra 4 komanda Avropa çempionatının final mərhələsində birbaşa vəsiqə qazanacaq.

Pul qazanmaq imkanı

Avropa Çempionatına 4 komandaya birbaşa vəsiqə verəcək liqanın gəlirləri və bonus miqdarları da bəllidir. 

A, B, C və D olaraq, 4 liqa formasında təşkil ediləcək turnirdə ümumilikdə 76 milyon avro paylanacaq. UEFA liqaya qatılan 55 ölkəyə avtomatik olaraq qatılmaq pulu ödəyəcək. UEFA-dan əldə ediləcək gəlir isə liqadan liqaya dəyişir.

Belə ki, A liqası komandalarına 1,5 milyon, B liqasına 1 milyon, C liqasına 750 min, D liqası ölkələrinə isə 500 min avro veriləcək.

Qruplarında birinci olan komandalara iştirak pulundan əlavə də vəsait ödəniləcək. A liqası liderlərinə 1,5 milyon, B liqası liderlərinə 1 milyon, C liqası liderlərinə 750 min, D liqası liderlərinə isə 500 min avro veriləcək.

A liqasındakı qrup birincilərinin qatılacağı, 2019-cu ilin iyun ayında oynanılacaq son bölümün gəlirləri isə belə olacaq:

Qazanan: 4,5 milyon avro

Finalçı: 3,5 milyon avro

Üçüncü: 2,5 milyon avro

Dördüncü: 1,5 milyon avro

Buna görə A liqası ölkələri turnirində ən yüksək 7,5 milyon avro, B liqası ölkələri 2 milyon avro, C liqası ölkələri 1,5 milyon avro, D liqası ölkələri 1 milyon avro gəlir əldə edəcək.

Oyunçu aparsın...

Nazim SABİROĞLU,
“Yeni Müsavat”

20 Noyabr 2024 Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
20 Noyabr 2024 "Barselona"dan Laportanın Bakı səfəri ilə bağlı paylaşım - Video
20 Noyabr 2024 Mahir Emreli göz yaşlarını saxlaya bilmədi - Video
19 Noyabr 2024 UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulacaq
18 Noyabr 2024 “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi– Ronaldinyo haqqında bilmədikləriniz - Video
16 Noyabr 2024 Mayk Tayson Cek Paul yarışı başa çatdı - Qalib isə... FOTO
16 Noyabr 2024 UEFA Millətlər Liqası: Azərbaycan yığması Qəbələdə Estoniyanı qəbul edəcək
15 Noyabr 2024 "Barselona" prezidenti COP29 üçün Bakıya gəlir
15 Noyabr 2024 Messi bu tarixdə Azərbaycana gəlir
14 Noyabr 2024 AFFA prezidenti Ronaldinyo ilə görüşdü
14 Noyabr 2024 Bu gedişlə Kadini unutduracaq - “Qarabağ”ın yeni adamı
13 Noyabr 2024 Prezidentin nəvəsi Ronaldinyo ilə bir arada - Foto
13 Noyabr 2024 Ronaldinyo paylaşımında Bakı haqqında nə demişdi? - Video
31 Oktyabr 2024 Xanım boksçumuzdan tarixi uğur
30 Oktyabr 2024 Qara Qarayevin yeni klubu bəlli oldu - Baş məşqçi AÇIQLADI
29 Oktyabr 2024 Lionel Messi "Qızıl top" mükafatlandırma mərasiminin nəticələrini şərh edib
24 Oktyabr 2024 UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Ayaks"la qarşılaşacaq
22 Oktyabr 2024 UEFA Çempionlar Liqası: Liqa mərhələsində III tura bu gün start veriləcək
21 Oktyabr 2024 “Mahirin qolu işimizi asanlaşdırdı” - Kloze
17 Oktyabr 2024 Qurbanovların şad günündən FOTOLAR

Xəbər lenti