|
Mən və texniki heyət bugünlərdə müdafiə, yarımmüdafiə və hücum mövqeləri üzərində çox çalışdıq.
Künc zərbələrini və standart vəziyyətləri məşq etdik. Çox güclü və aqressiv rəqibimiz var.
Qol.az-ın məlumatına görə, bu sözləri Kosovo millisinin baş məşqçisi Bernard Şallan UEFA Millətlər Liqasında Azərbaycanla oyun öncəsi yerli mətbuata deyib.
"Mən yaxşı bir komandaya sahib olmaq istəyirəm və fərdlərə diqqət yetirmirəm. Hər kəsin oynamağa istəkli olduğunu bilirəm. Amma bilməliyik ki, qarşıda iki oyunumuz var və bu oyunlar üçün futbolçulara ehtiyacımız var. Biz əlimizdən gələn hər şeyi edəcəyik" - deyə o bildirib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Kosovo oyunu sentyabrın 7-si saat 20:00-da başlayacaq.