|
Futbol üzrə milli komandamız bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, D Liqasının III qrupunda yer alan millimiz səfərdə Malta yığması ilə üz-üzə gələcək.
Millimizin heyətində Malta səfərinə yollanan "Astana"nın futbolçusu Riçard Almeyda orada yaşayan dostları ilə görüşüb. Yarımmüdafiəçi Maltanın "Floriana" klubunda forma geyinən Artur Oyama ilə bir araya gəlib və ona milli komandamızın formasını hədiyyə verib.
31 yaşlı müdafiəçi hədiyyəyə görə Almeydaya təşəkkür edib və onu gördüyü üçün xoşbəxt olduğunu dilə gətirib.
Qeyd edək ki, Almeyda ilə Oyama "Santo Andre" klubunda forma geyiniblər. Hər iki futbolçunun ilk peşəkar klubu "Santro Andre" olub. Onlar 3 il eyni komandanın uğurları üçün çalışıblar.