|
“Real”ın kapitanı Serxio Ramosun etirafı hər kəsi şoka salıb.
“Qafqazinfo” xəbər verir ki, ulduz futbolçu bildirib ki, ötən mövsüm Çempionlar Liqasının finalında Mohamed Salahı zədələdiyi üçün uşaqlarını ölümlə təhdid ediblər.
Millətlər Liqasında ötən həftə baş tutan İngiltərə - Ispaniya matçında da yerli fanatların etirazları ilə qarşılaşan Ramos həmin epizodun bu qədər şişirdilməsinin lazım olmadığını da bildirib.
Qeyd edək ki, həmin matçda İspaniya 2:1 hesablı qələbə qazanıb.