Neftin qiymətində 2014-cü ildən sonra rekord qeydə alındı

Brent markalı neftin qiyməti bahalaşıb.

İCE London birjasında Brent markalı neft 1,036 faiz bahalaşaraq barreli 82,05 dollar olub. 

 Qeyd edək ki, sonuncu dəfə Brent nefti 2014-cü ilin noyabrın 12-də 82 dollarlıq həddə çatıb. 

WTI markalı neftin noyabr fyuçersi isə 0,716 faiz bahalaşaraq barreli 72,60 dollar təşkil edib. 

Gələn ilin büdcəsi prezidentə təqdim edildi

Azərbaycan Respublikasının 2019- cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri prezidentə təqdim olunub.

Baş nazir Novruz Məmmədovun imzaladığı qərarla  Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yeni büdcə qaydasına uyğun olaraq tərtib etdiyi “Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.

 

Qərarla bu sənədlər və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan müvafiq materiallar prezidentə təqdim edilib. 

 

25  istehsalat müəssisəsi birləşdirildi

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  qərarında dəyişikliklər edilib.

 

Baş nazir Novruz Məmmədovun imzaladığı yeni qərara görə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 25 kənd təsərrüfatı istehsalat müəssisəsi birləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
 
Həmçinin qərar ilə, “Ağdam atçılıq təsərrüfatı” sözləri “Qarabağ atçılıq zavodu” sözləri ilə əvəz edilib.

Rusiyalı iş adamlarının öz aktivlərini təcili şəkildə yerli banklara köçürməsi əslində məcburiyyətdən doğan addımdır.

Ardını oxu...

Konstitusiya Məhkəməsi başqa cür qərar verə bilməzdi.

Ardını oxu...

SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif edilib.

Ardını oxu...


Azərbaycanda pambığın qiyməti 50 manat qalxdı

Prezident İlham Əliyevin tapşırığı ilə əsasən pambıq istehsalı ilə məşğul olan fermerlərin məhsul istehsalına həvəsləndirilməsi, onların maddi rifahının daha da yaxşılaşdırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul işçilərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib.

Görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib.

Pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılmasına qərar verilib. 

 

Yəni 1-ci növ pambığın alış qiyməti 600 manatdan 650 manata, 2-ci növ 580 manatdan 630 manata, 3-cü növ 540 manatdan 590 manata, 4-cü növ 500 manatdan 550 manata qaldırılıb.

Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 milyon manatdan çox qazanc əldə etməsi gözlənilir. 

Ələt azad iqtisadi zonası ilə bağlı İşçi qrup yaradıldı
 

Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Ələt azad iqtisadi zonasının (bundan sonra – Azad Zona) inkişafının təmin edilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrup yaradılır:

İşçi qrupun rəhbəri

 

Valeh Ələsgərov - Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini

İşçi qrupun üzvləri

Samir Nuriyev - Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Kərəm Həsənov - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Əli Abdullayev - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Azər Bayramov Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Süleyman Mikayılov - Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı

Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

Qorxmaz Hüseynov - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri

Balababa Rzayev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru

Vüqar Əhmədov - “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

Əkbər Hacıyev - “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru.

2. Bu sərəncamın 1-ci hissəsi ilə yaradılmış İşçi qrup müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə on ay müddətində aşağıdakıları hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

2.1. Azad Zonanın təkmilləşdirilmiş mərhələli inkişaf konsepsiyasını və onun həyata keçirilməsinin ətraflı planını;

2.2. Azad Zonanın ərazi sərhədləri, həmin sərhədlər daxilində ilkin mərhələdə inkişaf etdirilməli olan və perspektiv inkişaf üçün nəzərdə tutulan ərazi hissələrinin hüdudları, Azad Zona ərazisinin zonalaşdırılması (yaşayış, ictimai-işgüzar, rekreasiya, istehsalat, nəqliyyat infrastrukturu, mühəndis infrastrukturu, ehtiyat və digər zəruri zonalar) barədə təkliflərini;

2.3. Azad Zonanın təklif edilən ərazisində torpaq sahələri mülkiyyətçilərinin və istifadəçilərinin siyahısını;

2.4. Azad Zonanın ilkin mərhələdə inkişaf etdirilməli olan ərazi hissəsinə münasibətdə:

2.4.1. beynəlxalq təcrübə nəzərə alınmaqla, Azad Zonanın ərazisini və həmin ərazidə yaradılması nəzərdə tutulan infrastrukturu, habelə yerləşdiriləcək digər obyektləri özündə əks etdirən ərazi planlaşdırılması layihəsini;

2.4.2. bu Sərəncamın 2.1-ci bəndində göstərilən inkişaf konsepsiyasının həyata keçirilməsi üçün görüləcək işlərin xərcləri proqnozunu;

2.5. Azad Zonanın perspektiv inkişafı üçün nəzərdə tutulan ərazi hissəsinə münasibətdə:

2.5.1. mühəndis-axtarış işlərinin nəticələrini, o cümlədən mühəndis-geoloji axtarışların nəticələrini əks etdirən materialları;

2.5.2. ətraf mühitin mövcud vəziyyəti barədə məlumatları;

2.5.3. əsas mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərin, digər xidmətlərin təmin edilməsi planını və bunun üçün tələb olunan xərclər proqnozunu.

3. İşçi qrup bu sərəncamın 2-ci hissəsində qeyd olunan işlərlə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi üçün sifarişçiləri müəyyən etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 2-ci hissəsində göstərilən tədbirlərin maliyyələşməsini təmin etsin.

5. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər hazırkı Sərəncamda göstərilən tapşırıqların yerinə yetirilməsi üçün İşçi qrupa tələb olunduğu halda kömək etsinlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

ABŞ Azərbaycandan Avropaya qaz kəmərinin tikintisini dəstəkləyir

“ABŞ Azərbaycanın “Şahdəniz” qaz yatağından qazın Avropaya nəqlini nəzərdə tutan boru kəmərinin tikintisini dəstəkləyir”.

Bunu ABŞ-ın energetika naziri Rik Perri brifinqdə deyib: “Biz Xəzər dənizindən başlayaraq Aralıq dənizi vasitəsilə qazı Avropaya çatdıran cənub marşrutunu dəstəkləyirik. Biz rəqabət tərəfdarıyıq”. 

 

 

 

Son 7 ayda ölkədə ən çox bu məhsul istehsal olunub

Yanvar-avqust aylarında sənaye məhsulunun 22,3 faizi emal sektorunda istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, emal sektorunda tütün məmulatlarının istehsalı 2,6 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 63,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,0 faiz, içkilərin istehsalı 9,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 5,7 faiz, geyim istehsalı 0,5 faiz artıb, qida məhsullarının istehsalı 1,0 faiz azalıb.

Xəbər lenti