![]() |
|
İyul ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları 126 milyon manat təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 32 faiz artıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib. O bildirib ki, yeddi ayda Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
İsti yay günləri artıq geridə qaldı.
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 30-da 79,03 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,07 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 30-da 78,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,07 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 30-da 75,37 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,13 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 30-da 76,89 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,95 dollar/barel çoxdur.
Dünyanın ən böyük taxıl ixracatçılarının buğda ehtiyatları xeyli azalıb.