![]() |
|
İran neft naziri Bijan Namdar Zəngəne yaxın aylarda neft qıtlığının yaşanacağı barədə xəbərdarlıq edib.
o, buna səbəb olaraq son zamanlarda neftin qiymətinin bahalaşmasını göstərib.
Zəngəne bildirib ki, ABŞ-ın İrana sanksiyaları səbəbindən yaranan boşluğu doldurmaq üçün digər ölkələrin verdiyi sözlər bu istiqamətdə ciddi rol oynamır.
Xatırladaq ki, ötən həftə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Salman bin Məhəmməd “Blumberq” agentliyinə verdiyi açıqlamada ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara görə neft bazarında yaranacaq boşluğu S.Ərəbistanının doldurmaq öhdəliklərinin olduğunu bildirmişdi.
Zəngəne isə bu açıqlamanın ABŞ-ın S.Ərəbistanı üzərindəki təzyiqinin nəticəsi olduğunu deyib:
“Əslində nə Səudiyyə, nə də digər ölkələr İran ixracatından yaranacaq boşluğu doldura bilməz”.
Qeyd edək ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyada digər ölkələrin İranla neft ticarəti aparmaması da yer alıb.
Azərbaycan Mərkəzi Bankı 8 oktyabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Axar.az-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, 1 ABŞ dolları 1,7000 manat, avronun məzənnəsi 1,9571 manat təşkil edir.
1 türk lirəsi 0,2768 manat, 1 rus rublu 0,0255 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6485 manatdır.
Azərbaycanda qızıl bahalaşıb.
Trend-in məlumatına görə, oktyabrın 5-də qızılın qiyməti oktyabrın 4-ü ilə müqayisədə 3,74 manat artaraq 1 unsiya üçün 2037,62 manat təşkil edib.
Gümüş 0,0057 manat ucuzlaşaraq 1 unsiya üçün 24,792 manata bərabər olub.
Platinin qiyməti 7,148 manat artaraq 1401,684 manat, palladiumun qiyməti isə 0,4165 manat azalaraq 1798,073 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 86,96 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 0,14 dollar/barel azdır.
bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 3-də 86,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 3-də 83,01 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,21 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə oktyabrın 3-də 85,73 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.
Dünya bazarlarında dolların hegemonluğu sarsılıb, nə zamansa dolların hegemonluğunu təsdiqləyən siyasi liderlər, əksinə, indi ondan imtina edirlər. Xüsusilə də, Avropa İttifaqı, Rusiya və Çin ABŞ-ın İrana qarşı növbəti sanksiyalarından yan keçmək üçün ödəniş sistemi yaratmaqla bağlı müzakirələr aparırlar.
bu barədə “Bloomberg” yazıb.
Qeyd edilir ki, ABŞ hələ ki, bazarda dünya liderliyini qoruyur, çünki dollara tələbat var. Lakin dolları tələb olunan kimi necə saxlamaq sual olaraq qalır.
Yazı müəllifi qeyd edir ki, bunun üçün diplomatik əlaqələri qorumaq, ABŞ-ın ticari tərəfdaşları üçün dolların əlçatanlığını saxlamaq və valyutadan digər ölkələri qarşı “dəyənək” kimi istifadə etməkdən imtina etmək lazımdır.
Bloomberg, həmçinin yazır ki, yaxın vaxtlarda dollar üçün əsas riski İrandakı situasiya daşıyır. Belə ki, hazırda ABŞ ölkə xaricindəki, İranla bağlı məsələyə qarışmaq istəməyən ölkələrə rahat şəkildə təzyiq göstərir. Belə gedərsə, onlar özləri də sanksiya obyektinə çevrilə bilərlər.
Agentlik, eyni zamanda vurğulayır ki, dünyada müntəzəm olaraq dollardan imtina edilir. Xüsusən, Rusiya Amerika valyutasındakı səhmlərini azaldır, Çin isə enerji bazarındakı müqavilələrini yuanla bağlamağa başlayıb. Fransanın maliyyə naziri Bruno Le Mer bəyan edib ki, ABŞ-dan tamamilə asılı olmayan maliyyə alətlərinə sahib olmaq, Aİ-ni Birləşmiş Ştatların vassalı kimi görməmək istəyir.