SOCAR-dan propan qazının bahalaşmasına

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkənin yanacaqdoldurma məntəqələrində minik avtomobilləri üçün nəzərdə tutulmuş propan qazının (LPG) 1 litrinin qiymətinin 40 qəpikdən 45 qəpiyə qaldırılmasına münasibət bildirib.

Şirkətdən “Report”a verilən açıqlamada deyilir ki, bütün neft məhsulları Tarif (Qiymət) Şurasının təsdiq etdiyi topdansatış və pərakəndə satış qiymətləri ilə istehlakçılara satılır.

“Avtomobil benzini və dizel yanacaqları üçün təchizat tarifi nəzərə alınmaqla pərakəndə satış qiyməti təsdiq olunduğundan respublikanın müxtəlif rayonlarında həmin məhsulların satışı eyni qiymətlə həyata keçirilir. Lakin bəzi neft məhsulları, o cümlədən maye qaz üçün təchizat tarifi nəzərə alınmadan ancaq topdansatış qiymətləri təyin edilib. Hazırda istehlakçıların maye qazla təchizatı müxtəlif sahibkarlar tərəfindən həyata keçirilir və maye qazın pərakəndə satış qiyməti həmin məntəqələrin, sahibkarların xərcləri nəzərə alınmaqla təyin edilir. Bu səbəbdən müxtəlif satış məntəqələrində topdansatış mərkəzindən yerləşmə məsafəsindən asılı olaraq pərakəndə satış qiymətlərində müəyyən fərq yaranır”, - deyə açıqlamada qeyd olunub. 

Azərbaycan nefti 79 dollara yüksəlir

 

Dünya birjalarında neft bahalaşıb.

 İCE London birjasında Brent markalı neft 0,489 faiz bahalaşaraq barreli 77,75 dollar olub.

WTI markalı neftin oktyabr fyuçersi 0,251 faiz bahalaşaraq barreli 67,71 dollara yüksəlib.

 

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti isə 1,11 dollar bahalaşaraq 78,99 dollar təşkil edib.

Bu gün Rusiyada ABŞ dollarının məzənnəsi 70 rublluq psixoloji həddi keçərək 70,16 rubla yüksəlib.

Ardını oxu...

Rusiya pulu “1 dollar 70 rubl” psixoloji həddinə yaxınlaşmaqdadır.

Ardını oxu...

“Kapital Bank” müştəri xidmətinin inkişafı istiqamətində bir sıra işlər həyata keçirir.

Ardını oxu...


“Azərbaycanın qaz boru kəməri layihəsində iştirak etmək istəyirik”

“Xorvatiya Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində iştirak etmək istəyir”.

Bu sözləri sentyabrın 6-da Zaqrebdə Xorvatiyanın prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

 “Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcəkdir. Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak edək. Bildiyiniz kimi, Adriatik dənizinin sahilində bu layihə çərçivəsində boru kəməri çəkilir. Biz, həmçinin Xorvatiyanın Kırk adasında maye qaz terminalının tikintisində maraqlıyıq. Bu, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirəcək”, - deyə Kolinda Qrabar-Kitaroviç bildirib.

 

Elman Rüstəmov inflyasiyadan danışdı

 

Cari ilin 7 ayı ərzində Azərbaycanda inflyasiya 2,8 faiz təşkil edib.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbirdə çıxışı zamanı bildirib.

 Mərkəzi Bankın sədri qeyd edib: "2017-ci ildə Azərbaycanda inflyasiyanın göstəriciləri sabitləşib. 2018-ci ilin ilk 7 ayında ölkədə inflyasiyanın göstəricisi 2,8 faiz təşkil edib. Bizim proqnozlarımıza görə, ilin sonuna qədər bu göstərici daha da aşağı olacaq".

Nəqliyyat dəhlizinin bir hissəsi olan və Rusiya ilə birgə həyata keçirilən Samur sərhəd çayı üzərindən körpünün tikintisinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulur.

Ardını oxu...

İranda xarici valyutaların qiyməti qalxıb.

Ardını oxu...

Hər zaman müştərilərə müxtəlif aksiya və kampaniyalar təqdim edən “Kapital Bank”, BirKart sahibləri üçün növbəti hədiyyəli aksiya keçirir.

Ardını oxu...

Xəbər lenti