Yol-xeber.az" xəbər verir ki, Məişət əşyaları və gündəlik tələbat malları yüklənmiş 110 konteynerdən ibarət qatar 28 iyunda Çinin Ciansu əyalətinin paytaxtı Nankin şəhərindən Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan marşrutu ilə İstanbul şəhərinə yola düşüb.
Hazırda Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dəniz üzərindən keçməklə Çin və Avropa arasında yükdaşımalar bir neçə istiqamət üzrə həyata keçirilir.