Yol-xeber.az" xəbər verir ki, Nazirlər Kabineti ümumi və qeyri-ümumi istifadədə olan dəmiryol nəqliyyatının fəaliyyətinin təşkilati əsaslarını müəyyən edən “Dəmiryol nəqliyyatı haqqında Nizamnamə”ni təsdiq edib.
Nizamnamədə dəmiryol nəqliyyatının fəaliyyətinin əsas prinsipləri kimi təhlükəsizlik, keyfiyyətlilik, əlçatanlıq, sərnişinlərin sağlamlığı, ətraf mühitin mühafizəsi və bir sıra digər məsələlər müəyyən edilib.